Bizi izləyin:
Heydər Əliyev
Xarici Dillər Kafedrasında növbəti “Açıq Qapı Günü” keçiriləcək

Xarici Dillər Kafedrasında növbəti “Açıq Qapı Günü” keçiriləcək

Azərbaycan Tibb Universitetinin Xarici Dillər Kafedrasında növbəti “Açıq Qapı Günü” təşkil olunacaq

Tədbirin məqsədi xarici dillərin tibb təhsilində mühüm rolunu nümayiş etdirmək, kafedranın tədris prosesi, müasir və innovativ tədris metodları, həmçinin tələbələr üçün yaradılan akademik imkanlar haqqında ətraflı məlumat verməkdir. Eyni zamanda tədbir çərçivəsində müəllim heyəti və tələbələr arasında açıq və səmərəli ünsiyyət mühitinin formalaşdırılması nəzərdə tutulur.

📅 Tarix: 13 mart
⏰ Saat: 14:00
📍 Məkan: ATU-nun 5 saylı tədris binası, 7-ci mərtəbə

🔹 Hər kəsi tədbirimizdə iştirak etməyə dəvət edirik!

#ATU #AçıqQapıGünü #XariciDillərKafedrası #TibbTəhsili #UniversitetHəyatı

Paylaş

Dostlarınız ilə paylaşın.