Bizi izləyin:
Heydər Əliyev
ATU tələbələri badminton yarışında uğur qazanıblar

ATU tələbələri badminton yarışında uğur qazanıblar

Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı ilə “İdman həftəsi” çərçivəsində tələbələr arasında badminton yarışı təşkil olunub

“Volan” Badminton Klubunda təşkil olunan yarışda müxtəlif ali təhsil müəssisələrini təmsil edən tələbələr iştirak ediblər. Ümumilikdə yarışda 20 oğlan və 18 qız tələbə mübarizə aparıb.

Yarışın əsas məqsədi tələbələr arasında sağlam həyat tərzinin təbliği, gənclərin idmana marağının artırılması, həmçinin badminton idman növünün inkişafına dəstək göstərilməsi olub.

Azərbaycan Tibb Universitetini yarışda “Təbib” Tədris-İdman Mərkəzinin məşqçi-müəllimi Nərgiz Mehdiyevanın rəhbərliyi ilə 4 tələbə təmsil edib. Komandamız yarışda yüksək nəticələr qazanıb: qadınlar arasında Ülkər Məmmədova I yerin, kişilər arasında Marven Richard II, Emin Cəfərli isə III yerin sahibi olublar.

Qeyd edək ki, Azərbaycan Tibb Universiteti tələbələrinin bu uğuru universitetdə idmanın inkişafına göstərilən diqqətin və tələbələrin idmana olan marağının bariz göstəricisidir. Yarışın sonunda qaliblər və mükafatçılar Gənclər və İdman Nazirliyi tərəfindən diplom və medallarla təltif olunublar.

 

 

Paylaş

Dostlarınız ilə paylaşın.