Bizi izləyin:
Heydər Əliyev
ATU-nun Hərbi Tibb Fakültəsində bayram tədbiri keçirilib

ATU-nun Hərbi Tibb Fakültəsində bayram tədbiri keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi Tibb Fakültəsində Novruz bayramı və Ramazan bayramı münasibətilə bayram tədbiri təşkil edilib

Fakültə rəisi, tibb xidməti polkovniki Məharət Rzayev şəxsi heyəti bayramlar münasibətilə təbrik edib, möhkəm cansağlığı, xidmətdə uğurlar və gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıb.

Rəsmi hissənin davamı olaraq xidmətdə fərqlənən kursantlar fəxri fərmanlarla təltif olunub, bir sıra kursantlara təşəkkür elan edilib. Bu cür təşviq tədbirlərinin şəxsi heyət arasında intizamın möhkəmləndirilməsi və xidmətə məsuliyyətli yanaşmanın artırılması baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib.

Tədbirin növbəti mərhələsində milli adət-ənənələrə uyğun olaraq bayram tonqalı qalanıb, Novruz bayramının rəmzlərindən olan yumurta döyüşdürmə mərasimi keçirilib. Şəxsi heyət musiqi müşayiəti ilə bayram proqramında fəal iştirak edib.

Keçirilən tədbirin şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsi, kollektiv ruhun gücləndirilməsi və milli-mənəvi dəyərlərin təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Paylaş

Dostlarınız ilə paylaşın.