Bizi izləyin:
Heydər Əliyev
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli kollektivi Novruz və Ramazan bayramları münasibətilə təbrik edib

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli kollektivi Novruz və Ramazan bayramları münasibətilə təbrik edib

ATU-nun rektoru, professor Gəray Gəraybəyli qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə universitetin kollektivi ilə görüş keçirib.

Rektor çıxışında prorektorları, dekanları və bütün əməkdaşları salamlayaraq bildirib ki, bu bayramlar cəmiyyət üçün xüsusi əhəmiyyət daşıyır və birlik, həmrəylik, mənəvi dəyərlərin təcəssümüdür. 

Professor G.Gəraybəyli vurğulayıb ki, universitet kollektivi hər zaman yüksək peşəkarlıq və qarşılıqlı əməkdaşlıq nümunəsi göstərib. O bildirib ki, əldə olunan uğurlar məhz kollektivin birgə fəaliyyəti və fədakar əməyinin nəticəsidir.

Sonda rektor kollektiv üzvlərinə və onların ailələrinə möhkəm cansağlığı, ruzi-bərəkət, ailə səadəti və gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıb.

Tədbirdə Tədris işləri üzrə prorektor Anar Ağayev, Elmi işlər üzrə prorektor Məlahət Sultan, Beynəlxalq əlaqələr üzrə prorektor Orxan İsayev, Tərbiyə işləri üzrə prorektor Mahir Səfərov, İnzibati-təsərrüfat işləri üzrə prorektor İlqar Mehrabov, Ümumi işlər üzrə prorektor Nizami Adilov, həmçinin I Müalicə-profilaktika fakültəsinin dekanı Elşad Novruzov, II Müalicə-profilaktika fakültəsinin dekanı İsrail Məhərrəmbəyli, Stomatologiya fakültəsinin dekanı Elmira Əliyeva, İctimai səhiyyə fakültəsinin dekanı Qalina Qəniyeva, Əczaçılıq fakültəsinin dekanı Fərəh Mədətli və professor-müəllim heyətinin nümayəndələri iştirak edib. 

Paylaş

Dostlarınız ilə paylaşın.