ATU rektoru xarici qonaqları qəbul edib.
Bu gün Azərbaycan Tibb Universitetinin rektoru, millət vəkili Əhliman Əmiraslanov Qırğızıstan və Qazaxıstandan olan diplomatik nümayəndə heyətini qəbul edib. Görüşdə Qazaxıstan Məclisinin deputatı Serikjan Kanayev, Qırğızıstan parlamentinin üzvü (Joqorku Keneşinin beynəlxalq məsələlər komitəsi) Almazbek Batırbekov və Qırğızıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Ayciqit Buranov iştirak ediblər. Görüşün məqsədi Azərbaycan Tibb Universiteti ilə tanış olmaq, qarşılıqlı əməkdaşlıq imkanların müzakirə etməkdən ibarət olub.
Görüşdə akademik Əhliman Əmiraslanov qonaqları salamlayaraq onları Azərbaycan Tibb Universitetində görməkdən məmnunluğunu bildirib. Rektor Azərbaycan dövlətinin elm və təhsilə olan diqqəti, ölkəmizdə tibb sahəsində aparılan islahatlar haqqında danışıb. Həmçinin qonaqlara Azərbaycan Tibb Universiteti, bu ali təhsil ocağının tarixi, fəaliyyəti, universitetin nəzdindəki Tədris-Terapevtik Klinika və digər müəssisələr barəsində məlumat verilib.
Qonaqlar da öz növbələrində görüş üçün təşəkkürlərini bildiriblər. Onlar Bakını çox bəyəndiklərini, Milli Məclisdə keçirdiklərin görüşlərdən çox razı qaldıqlarını bildiriblər. Əcnəbi deputatlar da öz ölkələrində tibb sahəsində qanunvericilik, bu sənədlərin təkmilləşdirilməsi, qarşılıqlı əməkdaşlıq haqqında fikirlərini açıqlayıblar.
Görüşün sonunda ATU-nun rektoru Əhliman Əmiraslanov da - səfərə dəvət olunub.