Bizi izləyin:
Heydər Əliyev
Azərbaycan Tibb Universitetində Dermatovenerologiya üzrə Rezidentlərin elmi konfransı- II hissə

Azərbaycan Tibb Universitetində Dermatovenerologiya üzrə Rezidentlərin elmi konfransı- II hissə

Azərbaycan Tibb Universitetinin dermatovenerologiya kafedrasında rezidentlərin elmi konfransının ikinci hissəsi keçirilmişdir. 

Konfransda Dermatovenerologiya kafedrasının rezidentləri müxtəlif mövzular üzrə elmi məruzələrlə çıxış ediblər. 

Konfransda dörd müxtəlif mövzu üzrə rezidentlərin məruzələri dinlənilib. Çıxışlarda sistem xəstəliklərinin dəri təzahürləri, dermatozların yerli müalicəsinə müasir yanaşmalar, eləcə də digər aktual klinik məsələlər ətraflı şəkildə təqdim olunub. Məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. 

Tədbir zamanı canlı müzakirələr və elmi diskussiyalar aparılıb, iştirakçılar arasında geniş fikir mübadiləsi həyata keçirilib. Konfrans tələbələr, rezidentlər, həmçinin kafedranın professor - müəllim heyəti üçün faydalı olub, onların bilik və təcrübələrinin zənginləşdirilməsinə töhfə verib. 

Tədbir həmçinin gələcək tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi və elmi fəaliyyətin inkişafı baxımından böyük əhəmiyyət kəsb edib. Konfrans, iştirakçılara öz biliklərini genişləndirmək və peşəkar bacarıqlarını artırmaq imkanı yaratmışdır. 

 

Paylaş

Dostlarınız ilə paylaşın.