 (1).jpg)
26–29 mart 2026-cı il tarixlərində Türkiyənin Bursa şəhərində 22-ci Milli Uludağ Pediatriya Qış Konqresi (“Uşaq və ətraf mühit”) və Uludağ Pediatriya Tibb Bacılığı Qış Simpoziumu keçirilmişdir. Sözügedən konqres pediatriya sahəsində aktual problemlərə həsr olunmuşdur.
Uşaqlarda son illərdə geniş yayılmış infeksion xəstəliklər, eləcə də endokrin, revmatoloji, qastroenteroloji, neonatoloji, kardioloji, nevroloji, hematoloji-onkoloji və sidik-ifrazat sistemi xəstəlikləri, metabolik xəstəliklər, obstruktiv yuxu apnoesi, ətraf mühit və ekologiyanın, eləcə də tütünün uşaq yaş qrupunda xəstəliklərə təsiri, bronxial astma, allergik rinit, atopik dermatit, angioödem, qida və dərman allergiyası kimi allergik xəstəliklərin uşaqlarda gedişi, diaqnostikası və müalicəsində son yeniliklər, uşaqlarda immun çatışmazlıqlar, tənəffüs yollarının anadangəlmə anomaliyaları, kistik fibroz, təcili və təxirəsalınmaz yardım tələb edən patologiyalar və digər aktual mövzular üzrə bir-birindən maraqlı məruzələr dinlənilmiş və geniş müzakirələr aparılmışdır. Ölkəmizi konqresdə ATU-nun II Uşaq Xəstəlikləri kafedrasının dosenti Məleykə Kərimova təmsil etmiş və “Sözlü bildiri-I” bölməsinə sədrlik etmişdir.
Əməkdaşımız eyni zamanda bir neçə poster məruzə ilə də çıxış etmişdir.