Bizi izləyin:
Heydər Əliyev
Azərbaycan Tibb Universitetində yubiley tədbiri keçirilmişdir

Azərbaycan Tibb Universitetində yubiley tədbiri keçirilmişdir

Azərbaycan Tibb Universitetinin I mamalıq-ginekologiya kafedrasının dosenti Şəfəq Əsədovanın 70 illik yubileyi qeyd olunmuşdur.

Tədbirdə kafedranın müdiri, professor Elmira Əliyeva yubilyarı təbrik edərək onun elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndirmiş, həmçinin universitetin rektorunun təbriklərini iştirakçıların diqqətinə çatdırmışdır.

Eyni zamanda, Azərbaycan Tibb Universitetinin Rezidentura şöbəsinin müdiri İlhamə Mustafayeva da yubilyarı təbrik edərək onun gənc kadrların hazırlanmasındakı mühüm rolunu xüsusi vurğulamış, pedaqoji fəaliyyətini yüksək qiymətləndirmişdir.

Tədbir çərçivəsində kafedranın professor-müəllim heyəti çıxış edərək Şəfəq Əsədovanın uzunillik səmərəli fəaliyyətindən bəhs etmiş, ona möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Tədbirin sonunda iştirakçılarla birgə xatirə şəkli çəkilmişdir.

 

Paylaş

Dostlarınız ilə paylaşın.