
4 aprel 2026-cı il tarixində Azərbaycan Tibb Universitetinin Tibb və Sağlamlıq Elmləri Təhsili kafedrasında “Stomatoloji praktikada ilk yardım” adlı tələbə forumu çərçivəsində “Kritik hallarda müdaxilə” mövzusunda tədbir keçirilib. Tədbir Stomatologiya fakültəsi, ATU THİK, Tibb və Sağlamlıq Elmləri Təhsili kafedrası və Təcili tibb kafedrasının birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə ümumilikdə 70 tələbə iştirak edib.
Açılış mərasimində təlim-tərbiyə işləri üzrə prorektor, dosent Mahir Səfərov, Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva, Tibb və Sağlamlıq Elmləri Təhsili kafedrasının müdiri, dosent Samir Cavadlı və ATU THİK-nin sədri, assistent Qoşqar İsmayılov çıxış edərək forumun stomatologiya ixtisası üzrə təhsil alan tələbələrin gələcək peşə fəaliyyətində mühüm rol oynadığını bildiriblər.
Həmçinin tədbirin təşkilində ATU THİK-in fakültə sədri Məryəm Kərimli və sədr müavini Lalə Əhmədzadə iştirak ediblər.
Tədbirin gedişində Türkiyə Respublikasının Marmara Universiteti Təcili tibb kafedrasının əməkdaşı, professor doktor Cem Oktay “Kardiopulmonar resusitasiya” mövzusunda, Azərbaycan Tibb Universitetinin Təcili tibb kafedrasının əməkdaşları - assistent Xatirə Şirinova Səfərova “Stomatoloji praktikada anafilaksiya” və assistent Günay Hüseynzadə “Boğulma zamanı ilk yardım” mövzularında çıxış ediblər.
Forumun ikinci mərhələsi praktik təlim formatında həyata keçirilib.
Tibb və Sağlamlıq Elmləri Təhsili kafedrasının əməkdaşları - baş müəllim Samira Məmmədova, baş müəllim Elyanə Təhməzova, assistent Vüsal Kərimov, assistent Rəhilə Mircavadlı, assistent Günay Seyidova və assistent Səkinə Heydərova tərəfindən kardiopulmonar reanimasiya (CPR), anafilaksiya zamanı adrenalin inyeksiyası və boğulma zamanı Heimlich manevrası kimi praktik bacarıqlar nümayiş etdirilmişdir.
Nümayiş etdirilən bacarıqlar tələbələr tərəfindən də tətbiq olunub, onlar praktiki məşğələlərdə fəal iştirak ediblər.