Bizi izləyin:
Heydər Əliyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ STOMATOLOGİYA FAKÜLTƏSİNİN TEC-İN 51-Cİ KONFRANSI KEÇİRİLƏCƏK

AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ STOMATOLOGİYA FAKÜLTƏSİNİN TEC-İN 51-Cİ KONFRANSI KEÇİRİLƏCƏK

Azərbaycan Tibb Universitetində Tələbə Elmi Cəmiyyətinin (TEC) 51-ci konfransı 8–9 aprel 2026-cı il tarixlərində keçiriləcəkdir.

Konfrans çərçivəsində kliniki kafedraların bölməsi 8 aprel 2026-cı il tarixində, saat 10:00-da Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının (-1) konfrans zalında baş tutacaqdır. Tədbirdə stomatologiya istiqaməti üzrə müxtəlif kafedraları təmsil edən tələbələrin elmi çıxışları dinləniləcəkdir.

  • Ortopedik stomatologiya kafedrasından – 5 nəfər
  • Ağız və üz-çənə cərrahiyyəsi kafedrasından – 8 nəfər
  • Ortodontiya kafedrasından – 4 nəfər
  • Uşaq stomatologiyası kafedrasından – 2 nəfər
  • Terapevtik stomatologiya kafedrasından – 3 nəfər

Ümumilikdə 22 tələbənin çıxışı nəzərdə tutulur.

Məkan: Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının (-1) konfrans zalı
 

Tarix: 8–9 aprel 2026-cı il

Saat: 10:00

Xarici dillər kafedrasının konfransı
9 aprel 2026-cı il tarixində Xarici dillər kafedrasında keçiriləcəkdir.
Konfransda 20 tələbənin çıxışı planlaşdırılır.

 

Paylaş

Dostlarınız ilə paylaşın.