
.jpeg)
Martın 27–28-i tarixlərində Şimali Kipr Türk Respublikasının Lefkoşa şəhərində Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyi tərəfindən beynəlxalq konfrans təşkil olunub. Tədbirdə dünyanın müxtəlif ölkələrindən oftalmologiya sahəsi üzrə mütəxəssislər, alimlər və həkimlər iştirak ediblər.
Konfransda Azərbaycan Tibb Universitetin (ATU) Oftalmologiya kafedrasının müdiri, professor Paşa Musayev, eləcə də dosentlər Hafiz Qəhrəmanov və Tural Qəlbinur müxtəlif elmi sessiyalarda məruzəçi və moderator qismində çıxış ediblər. Onlar öz çıxışlarında oftalmologiya sahəsində son yeniliklər, müasir diaqnostika və müalicə üsulları barədə təqdimatlar edərək beynəlxalq elmi müzakirələrə töhfə veriblər.
Tədbirin sonunda keçirilən bağlanış mərasimində professor Paşa Musayev yekun nitqi ilə çıxış edərək konfransın əhəmiyyətini vurğulayıb, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
Qeyd edək ki, bu cür beynəlxalq tədbirlər tibb sahəsində təcrübə mübadiləsinin aparılması, yeni elmi yanaşmaların öyrənilməsi və ölkələrarası əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
