Bizi izləyin:
Heydər Əliyev
Beynəlxalq təhsil sərgisində ATU-nun stendi xüsusi maraqla qarşılanıb

Beynəlxalq təhsil sərgisində ATU-nun stendi xüsusi maraqla qarşılanıb

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti bu günlərdə Qazaxıstanın Almatı şəhərinə səfər edib. Səfər çərçivəsində Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisi keçirilib.

Nümayəndə heyətinin tərkibində Azərbaycan Tibb Universitetini Əcnəbi təhsilalanlarla iş üzrə dekan Natiq Bayramov və dekan müavini Nüşabə İsgəndərova təmsil ediblər. Sərgidə Azərbaycanın müxtəlif ali təhsil müəssisələri tərəfindən təqdim olunan təhsil proqramları, beynəlxalq əməkdaşlıq və tələbələr üçün təqaüd imkanları barədə iştirakçılara ətraflı məlumat verilib.

Ziyarətçilər Azərbaycan Tibb Universitetinin stendinə xüsusi maraq göstəriblər. Burada universitetimizin imkanları barədə məlumat kitabçaları, reklam broşürləri yer alıb, qazaxıstanlı şagirdlərə xüsusi hədiyyə paketləri təqdim olunub.

Daha sonra nümayəndə heyəti Farabi Hub İnnovasiya Mərkəzində mövcud şəraitlə tanış olub. Azərbaycanlı qonaqlara mərkəzin fəaliyyəti, eləcə də innovasiya və texnologiya yönümlü layihələr barədə ətraflı məlumat verilib. Tanışlıq çərçivəsində mərkəzin müasir laboratoriyalarına da baxış keçirilib.

Paylaş

Dostlarınız ilə paylaşın.