

Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi ilə, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, “Qadın Sağlamlığına Dəstək” İctimai Birliyi, Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək Assosiasiyası, Avropa-Asiya Mamalıq və Ginekologiya Assosiasiyasının təşkilatçılığı ilə “Ginekologiyada diaqnostikadan cərrahiyyəyə yeni baxışlar” adlı elmi-praktik konfrans keçirilib.
Azərbaycan Tibb Universitetini bu mühüm tədbirdə Onkoloji klinikanın əməkdaşı Əkbər İbrahimov təmsil edib.
Konfransda Bakı şəhəri və bölgələrlərə yanaşı, Türkiyədən dəvət olunmuş professorlar, səhiyyə mütəxəssisləri və elmi ictimaiyyət nümayəndələri müxtəlif mövzular üzrə elmi məruzələrlə çıxış edib.
Tədbir çərçivəsində ginekologiyanın müxtəlif istiqamətlərini əhatə edən panel müzakirələr təşkil edilib.
Qeyd edək ki, bu konfrans qadınların sağlamlığı istiqamətində yeni yanaşmaların müzakirəsi, elmi yeniliklərin mübadiləsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədi ilə keçirilib.
