Bizi izləyin:
Heydər Əliyev
Psixiatriya kafedrasının əməkdaşları Çikaqo Universitetində beynəlxalq proqramda iştirak ediblər

Psixiatriya kafedrasının əməkdaşları Çikaqo Universitetində beynəlxalq proqramda iştirak ediblər

     Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının tədris hissə müdiri Nərmin Quliyeva və əməkdaşı Pərvin Müslümzadə Çikaqo Universitetində (ABŞ) təşkil olunan beynəlxalq akademik proqramda iştirak ediblər

     ATU nümayəndələri uşaqlar və yeniyetmələr arasında qlobal psixi sağlamlıq sahəsinə həsr olunan Global Child Mental Health Symposium qatılıblar. Simpozium çərçivəsində N.Quliyeva psixiatrik yardımın inkişafı üzrə təcrübə və müxtəlif yanaşmalar haqqında məlumat verib.

    Səfər zamanı nümayəndə heyətimiz Çikaqo Universitetinin rəhbərliyi, o cümlədən Psixiatriya kafedrasının müdiri Seth Himelhoch ilə görüşüb. Görüşlərdə elmi əməkdaşlıq, klinik və tədqiqat proqramlarının inkişafı və multidissiplinar yanaşmaların tətbiqi müzakirə olunub.

    Qeyd edək ki, beynəlxalq akademik proqramın elmi rəhbəri azərbaycanlı alim, Çikaqo Universitetinin Crown Family School professoru Leyla İsmayılovadır. 

Paylaş

Dostlarınız ilə paylaşın.