
.jpg)
29–30 aprel 2026-cı il tarixlərində Azərbaycan Tibb Universiteti Əczaçılıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin ənənəvi elmi konfransı baş tutacaq. “Elm. Tədqiqat. İnnovasiya.” şüarı altında Əczaçılıq fakültəsinin yeddi kafedrasından 66 elmi iş təqdim olunacaq.
🔬 Konfrans proqramı:
📍 29 aprel – ATU-nun 2 saylı tədris binasında tələbələrin poster təqdimatları nümayiş etdiriləcək.
📍 30 aprel – Tədris Cərrahiyyə klinikasının konfrans zalında şifahi təqdimatlar keçiriləcək.
Konfransda münsif qismində Əczaçılıq fakültəsinin professor-müəllim heyəti üzvləri ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan-Fransa Universiteti, ADA və Xəzər Universitetlərinin nümayəndələrinin iştirakı planlaşdırılıb.
Bu konfrans tələbələrin elmi potensialının nümayişi, yeni ideyaların paylaşılması və akademik əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platformadır.
📌 Tarix: 30 aprel 2026, saat 09:00
📌 Məkan: Azərbaycan Tibb Universiteti, Tədris Cərrahiyyə klinikasının konfrans zalı (-1 mərtəbə)
Sizi bu maraqlı və faydalı elmi tədbirdə iştirak etməyə dəvət edirik! 🎓
