XIX əsrin əvvəllərində Çar Rusiyası ilə İranın bir-birləri ilə apardıqları müharibələrdən sonra onların arasında bağlanan “müqavilə” əsasında Azərbaycan xalqının rəyi soruşulmadan Şimali Azərbaycan çar Rusiyasının, Cənubi Azərbaycan isə indiki İran İslam Respublikasının tərkibinə qatıldı. 1828-ci ildən etibarən İrandan 100 minlərlə erməni ailələri çar Rusiyasının İrandakı səfiri Qriboyedovun köməkliyi ilə Şimali Azərbaycan torpaqlarına, xüsusən də Qarabağın dağlıq hissəsinə və qədim Azərbaycan torpağı olan İrəvan Xanlığı torpaqlarına yerləşdirdilər. Geniş qəlbli Azərbaycan xalqı tolerantlıq nümayiş etdirərək ermənilərin bu torpaqlarda firavan yaşamaları üçün hər cür şərait yaratdı. Az keçməmiş ac-yalvac olan gəlmə ermənilər Azərbaycanın çörəyi, suyu ilə dirçələndən sonra Azərbaycan torpaqlarına sahib çıxmaq, onlara çörək verib bəsləyən azərbaycanlıları qırmaq, öz dədə-baba yurdlarından deportasiya etmək xülyasına düşdülər. Ermənilər 1905-1907, 1918-1920, 1948-1950-ci illərdə Azərbaycan xalqına qarşı zorakılıqlar, qırğınlar, deportasiyalar törətdilər. Bunun nəticəsində Azərbaycan torpaqlarında Lenin-Stalin-Mikoyan-Şaumyan tetradasının üzdəniraq göstərişləri ilə süni Ermənistan Respublikası yaratdılar və qədim Azərbaycan şəhəri olan İrəvanı zorla azərbaycanlıların əlindən alıb özlərinə paytaxt şəhəri elan etdilər. Bununla da gözü doymayan, vandalizm xəstəliyinə tutulan erməni işğalçıları sonuncu dəfə 1988-1994-cü illərdə - 1987-ci ildə dünya şöhrətli siyasətçi dahi Heydər Əliyev erməni lobbisinin təkidi ilə Mixail Qorbaçov tərəfindən Moskvada Mərkəzi Komitədə tutduğu yüksək dövlət vəzifəsindən kənarlaşdırıldıqdan dərhal sonra keçmiş SSRİ-nin 366 –cı moto-atıcı alayının köməyi və dəstəyi ilə yenidən Azərbaycan torpaqlarının daha 20%-ni işğal etdilər, bir milyondan artıq dinc əhalini deportasiyaya məruz qoyub, həm qondarma Ermənistanda, həm də qondarma Dağlıq Qarabağ Muxtar Vilayətində etnik təmizləmə apardılar, Xocalı, İrəvan, Xocavənd, Xankəndi, Qaradağlı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan, Kosalar, Kərkicahan, Meşəli, Daşbulaq, Malıbəyli, Quşçular, Baqanis-Ayrım soyqırımlarını törətdilər. Nədənsə, o vaxtlar dünya buna göz yumdu. O illərdən 25 ilə yaxın vaxt keçməsinə baxmayaraq ermənilər Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsinə məhəl qoymadan Azərbaycan torpaqlarının işğal edilməsi siyasətini bu gün də davam etdirirlər. 1994-cü ildən atəşkəs rejimi qüvvəyə minsə də, ermənilər hər gün bütün sərhəd boyu atəşi davam etdirir, dinc əhalini qırır, onları içməli sudan belə məhrum edir, əkin sahələrində əkib-becərmə işləri aparmalarına belə imkan vermirlər. Sərhəd zonasındakı azərbaycanlı əhali bir növ ermənilərin girovuna çevrilib. Qarabağdan işğalçı ordunun sülh yolu çıxarılması məsələsi ilə guya Beynəlxalq qurumlardan ATƏT-in Minsk qrupu məşğul olur. Əslində isə onlar fəaliyyətsizlik göstərir, işğalçı Ermənistan ordusunun Azərbaycan torpaqlarından çıxarılması haqqında heç bir əməli tədbirlər görmür. Azərbaycanın işğal olunmuş torpaqlarında ermənilər tərəfindən hazırlanan və xüsusi təlim keçən terroristlər dünyanın hər yerinə transfer edilir, bütün bəşəriyyətdə terror vahiməsi, terror xofu yaradır, narkotik maddələr al-verinə geniş meydan açırlar. Son illərdə sərhəd zonalarında ermənilər tərəfindən hər gün atəşkəs rejimi pozulur və onlar Azərbaycan xalqını Xəzər dənizinə töküb məhv edəcəkləri ilə hədələyirlər.
2016-cı ilin aprel ayının 2-si erməni terrorçularının bütün sərhəd boyu hücuma keçməsi Azərbaycanın qalan torpaqlaını da işğal etmək, xalqımızı, dinc əhalini yenidən qırmaq, soyqırımına məruz qoymaq məqsədi daşıyırdı. Bundan xəbər tutan Azərbaycan Milli Ordusu erməni işğalçılarına cavab vermək məcburiyyətində qaldı. Azərbaycan xalqı, Azərbaycan ordusu 25 ildən artıq bir müddətdir ki, dözür və erməni işğalı altında olan torpaqların sülh yolu ilə azad edilməsinə inananırdı. Lakin bu baş vermədi. Ermənilər digər ölkələrin torpaqlarının işğalı haqqındakı Beynəlxalq Konvensiyaların heç birinə, BMT-nin bu haqda mövcud olan dörd qətnaməsinə məhəl qoymadılar və beynəlxalq qınağa məruz qalmadıqlarını, cəzasız qaldıqlarını görüb, daha da şirnikləşdilər, qalan torpaqlarımızı da zəbt etməyə cəhd göstərdilər. Xoşbəxtlikdən bu dəfə rəşadətli Milli Azərbaycan Ordusu ermənilərin bu təxribatının qarşısını qəhrəmancasına ala bildi və erməni cəlladlarının özləri də öz evimizin içində bizə qarşı törətdikləri vandalizmin qurbanı oldular.
Mən Xocalıda doğulmuş Şuşa və Xankəndidə orta təhsil almış, erməni işğalçılarının təzyiqinə, işgəncəsinə, deportasiyasına məruz qalmış Azərbaycan ziyalısı kimi, həm öz adımdan, həm də ermənilər tərəfindən soyqırımına uğradılmış 613 Xocalı şəhidinin təsadüfən salamat qalmış doğmaları adından, ailəmiz adından bildirirəm ki, Milli Ordumuzun Qəhrəmanlıqlarını, eləcə də Ali Baş Komandan igid Sərkərdəmiz ölkə Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasətini bəyənir, ürəkdən dəstəkləyirik. Biz Prezidentimizin hər zaman yanındayıq və xalqımızın bir yumruq kimi birləşməsində, torpaqlarımızın düşməndən azad edilməsi yolunda əlimizdən gələn hər şeyi etməyə hazırıq. Artıq xalqımızın səbr kasasının daşdığı an gəlib çatıb.
Dünyanın bütün tərəqqipərvər insanlarını, bütün bəşəriyyəti erməni işğalçı ordusunun Azərbaycan torpaqlarını tərk etməsinə çağırış və tələb etməyə səsləyirəm. Bizim səsimiz haqq səsidir! Səsimizə səs verin! Azərbaycan xalqı bütün millətlərə, bütün xalqlara böyük hörmət və məhəbbətlə yanaşır. Bizə inanın, ey insanlar! Azərbaycan xalqının sizə olan məhəbbəti müqabilində Siz də ona məhəbbət ifadə edin. Səsimizə səs verin! Bizi erməni vandalizmindən xilas edin.
Mübariz Allahverdiyev
Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının professoru, Xocalı sakini