Bizi izləyin:
Heydər Əliyev
Akademik mübadilə proqramı çərçivəsində ATU-ya səfər edən XMTU nümayəndə heyəti universitetlə tanış olub

Akademik mübadilə proqramı çərçivəsində ATU-ya səfər edən XMTU nümayəndə heyəti universitetlə tanış olub

     Azərbaycan Tibb Universitetində (ATU) rəsmi səfərdə olan Ukrayna Respublikasının Xarkov Milli Tibb Universitetinin (XMTU) nümayəndə heyətinin universitetlə tanışlığı davam edir.

    Akademik mübadilə proqramı çərçivəsində baş tutan səfər müddətində qonaqlar əvvəlcə ATU Elmi Araşdırmalar Mərkəzinin Elektron mikroskopiya şöbəsində olublar.

   Şöbənin müdiri, dosent Fuad Rzayev qonaqlara - XMTU-nun tədris və elmi işlər üzrə prorektoru, professor Oksana Nakoneçna, Klinikadan əvvəl və klinik tədqiqatlar üzrə Elmi-Praktik Mərkəzin direktoru, Pediatriya №2 kafedrasının müdiri, professor Nataliya Makieyevaya elektron mikroskop vasitəsilə ATU-da aparılan elmi-tədqiqat işləri barədə geniş məlumat verib.

   Sonra qonaqlar universitetin İnsan anatomiyası kafedrasının anatomik tədris muzeyini ziyarət ediblər. 

   Yalnız elmi-tədris məqsədlərinə deyil, eyni zamanda elmi-maarifləndirici müəssisə kimi də geniş istifadə edilən muzeydə saxlanılan nadir eksponatlarla tanış olan qonaqlar burada yaradılan şəraitə, həmçinin nümayiş edilən müxtəlif preparatlara, zəngin eksponatlara böyük maraq göstəriblər.

   Daha sonra XMTU nümayəndələri ATU-nun Stomatologiya klinikasına baş çəkiblər. Klinikanın direktoru İmran Ağayev klinika və stomatologiya kafedrasında dərslərin gedişi haqda qonaqlara ətraflı məlumat verib.

Paylaş

Dostlarınız ilə paylaşın.