Bizi izləyin:
Heydər Əliyev
ATU əməkdaşları Tacikistanda keçirilən beynəlxalq nevroloqlar konqresində elmi məruzələrlə çıxış ediblər

ATU əməkdaşları Tacikistanda keçirilən beynəlxalq nevroloqlar konqresində elmi məruzələrlə çıxış ediblər

    Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşı Tacikistanın Düşənbə şəhərində keçirilən beynəlxalq nevroloqlar konqresində iştirak edib.

    Beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edən universitetin Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəyli Azərbaycan Nevroloqlarının Milli Assosiasiyası və Azərbaycan Uşaq Nevroloqları Assosiasiyası adından Tacikistan Nevroloqlar Assosiasiyası "Neyron”u fəaliyyətinin 20 illiyi münasibətilə təbrik edib.

    Konqresin elmi proqramında ATU-nun Nevrologiya kafedrasının daha 5 əməkdaşı və dissertantı da onlayn formatda məruzələrlə iştirak edib.

   Tədbir çərçivəsində beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və gələcək birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub.

Paylaş

Dostlarınız ilə paylaşın.