

Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının dosenti Fərəh Baxışlı Qazaxıstanın Almatı şəhərində keçirilən "Tibb bacısının inkişafı: təcrübə, innovasiya və əməkdaşlıq" adlı beynəlxalq konfransda mərüzə ilə çıxış edib.
F.Baxışlı çıxışında ali tibb bacısı/qardaşı ixtisasının tədrisi, təcrübəsi, menecmenti, ali tibb bacısı ilə ictimai səhiyyə arasındakı əlaqə və s. haqda ətraflı məlumat verib. Əməkdaşımızın mərüzəsi böyük maraqla qarşılanıb və konfransın sonunda ona təşəkkürnamə təqdim olunub.
Qeyd edək ki, kofrans beynəlxalq və yerli müstəvidə tibb bacılığının inkişafındakı mövcud məsələlərin müzakirəsi, qabaqcıl təcrübələrin mübadiləsi, tibb bacıları arasında peşəkar əməkdaşlığın təşviqi məqsədi daşıyıb.
