Heydər Əliyev
ATU-nun Tədris Terapevtik Klinikasında rezidentlər üçün elmi seminar keçirilib

ATU-nun Tədris Terapevtik Klinikasında rezidentlər üçün elmi seminar keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Rezidentura və magistratura şöbəsi ilə Tədris Terapevtik Klinikasının birgə təşkilatçılığı ilə “Statinlərin müasir kardiologiyada rolu, LDL-xolesterinin aterosklerozda əhəmiyyəti və ürək-damar riskinin azaldılmasında yeri”, həmçinin “Statinlərin digər orqan və sistemlərə təsirləri, yan təsirləri və alternativ yanaşmalar” mövzularında elmi seminar təşkil olunub.

Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov Tədris Terapevtik Klinikasının yalnız yüksək səviyyəli tibbi xidmət göstərməklə kifayətlənmədiyini, eyni zamanda gələcək həkimlərin peşəkar və klinik düşüncə tərzinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O, dislipidemiya və ürək-damar xəstəliklərinin profilaktikası mümkün olan patologiyalar olduğunu qeyd edərək, statinlərin sübuta əsaslanan tətbiqi ilə bağlı belə seminarların rezidentlərin biliklərinin artırılması üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

IV kurs kardiologiya ixtisası üzrə rezident Arifşah Quliyev statinlərin aterosklerozun qarşısının alınması və ürək-damar riskinin azaldılmasında mühüm rolundan bəhs edib.

Müxtəlif ixtisaslı rezidentlərin və klinika əməkdaşlarının iştirak etdiyi seminar interaktiv müzakirə və sual-cavab sessiyası ilə yekunlaşıb.

Paylaş

Dostlarınız ilə paylaşın.