
.webp)
Azərbaycan Tibb Universitetinin (ATU) Tibb və sağlamlıq elmləri təhsil kafedrasının baş müəllimi, II Müalicə profilaktika fakültəsinin dekan müavini Bənövşə Hüseynova “ORHUN” mübadilə proqramı çərçivəsində Niğde Ömer Halisdemir Universitetində akademik fəaliyyət göstərib.
“Zübeyde Hanım Sağlık bilimləri “ fakültəsi, “ Niğde Eğitim və araştırma” xəstəxanasında mühazirə və təcrübə dərsləri keçən ATU əməkdaşı, həmçinin Tədris simulyasiya mərkəzi ilə tanış olub, fakültə dekanı, dekan müavinləri ilə görüşərək tədris proqramlarının müqayisə və müzakirəsində iştirak edib.
B.Hüseynova “Bağımlılık və farkındalığı ve kariyer yönetimi” adlı konfrans, “ Sağlık bilimləri enstitüsü istatistik kursu”, Kayseri şəhərində keçirilən “2. Ulusal Nuh Naci Yazgan Sağlık Bilimleri Kongresi” və s. tədbirlərə də qatılıb.
Səfərin sonunda Niğde Ömer Halisdemir Universitetinin rektoru, professor Hasan Uslu ilə keçirilən görüşdə ATU əməkdaşına sertifikat təqdim edilib.
