Heydər Əliyev
İntellektual Oyunlar Klubunun komandası 1-ci yerə layiq görülüb

İntellektual Oyunlar Klubunun komandası 1-ci yerə layiq görülüb

Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun üzvləri universitetimizi layiqincə təmsil ediblər.

1 may tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Milli dövlətçilik yolumuz” intellektual çempionatı keçirilib.

Gənclər və İdman Nazirliyi, “ASAN Xidmət” və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə müxtəlif universitetləri təmsil edən 16 komanda iştirak edib.

Tələbələrimiz — Aydın Cəfərov, Emil Şəfizadə, Günay Əzimova, Sünbül Oruclu, Rəna Mahmudova və Fəzli Məmmədovdan ibarət komanda universitetimizi təmsil etmişdir. Gərgin mübarizənin yekununda komandamız 1-ci yerin sahibi olmuşdur.

Qaliblər Gənclər və İdman Nazirliyi tərəfindən medal, kubok və hədiyyələrlə təltif edilmişdir.

Paylaş

Dostlarınız ilə paylaşın.