
Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları və tələbələri Qurban bayramı münasibətilə xeyriyyə tədbiri həyata keçiriblər.
ATU-nun təşəbbüsü ilə 10 ildən artıq keçirilən ənənəvi tədbirin təşkilinə İnnovasiya və Keyfiyyətin İdarə Olunması şöbəsinin nəzdində fəaliyyət göstərən "Dayanıqlı İnkişaf Məqsədləri" ("Sustainable Development Goals") Klubu dəstək göstərib.
