Heydər Əliyev
Elmi Araşdırmalar Mərkəzində "Hüceyrə kulturası" mövzusunda müzakirələr aparılıb

Elmi Araşdırmalar Mərkəzində "Hüceyrə kulturası" mövzusunda müzakirələr aparılıb

Azərbaycan Tibb Universitetinin Elmi Araşdırmalar Mərkəzinin Hüceyrə kulturası laboratoriyasının baş laborantı Nuriyə İsmayıl Mərkəzin əməkdaşları üçün "Hüceyrə kulturası" mövzusunda təqdimatla çıxış edib.
Təqdimatda hüceyrə kulturasının elmi əhəmiyyəti və tarixi inkişaf mərhələləri haqqında məlumat verilib. Həmçinin hüceyrə kulturası laboratoriyasının iş prinsipi, əsas avadanlıqları, təhlükəsizlik qaydaları və praktik tətbiq sahələri müzakirə olunub.
Sonda bu sahənin gələcək perspektivləri, yaratdığı elmi imkanlar və laboratoriyanın inkişaf hədəfləri vurğulanıb. Təqdimat EAM-ın əməkdaşları tərəfindən böyük maraqla qarşılanıb və mövzu ətrafında geniş müzakirələr aparılıb.

Paylaş

Dostlarınız ilə paylaşın.