Heydər Əliyev
Layihələrin hazırlanması və təqdimatı mövzusunda tədbir keçirilib

Layihələrin hazırlanması və təqdimatı mövzusunda tədbir keçirilib

Azərbaycan Tibb Universitetinin Tibb və Sağlamlıq Elmləri Təhsili kafedrasında tələbələr arasında sosial layihələrin hazırlanması və təqdimatı mövzusunda tədbir keçirilib. Tədbir tələbələrin sosial məsuliyyət hissinin artırılması, yaradıcı və innovativ düşüncə bacarıqlarının inkişaf etdirmək, həmçinin onların layihə hazırlamaq və təqdim etmək sahəsində ilk akademik və praktik təcrübə qazanmalarına dəstək olmaq məqsədi daşıyıb

Tələbələr tərəfindən təqdim edilən sosial layihələr münsiflər heyəti tərəfindən müxtəlif meyarlar əsasında qiymətləndirilib. Layihələrin dəyərləndirilməsi zamanı mövzunun aktuallığı, innovativ yanaşma, sosial təsiri, davamlılığı, yaradıcı təqdimat tərzi, poster dizaynı və təqdimat bacarıqları nəzərə alınıb.

Qaliblər diplom və hədiyələrlə təltif olunub, tədbirdə iştirak edən bütün tələbələrə isə sertifikatlar verilib.

Paylaş

Dostlarınız ilə paylaşın.