Heydər Əliyev
ATU-nun əməkdaşı “Əmək təbabəti, gigiyena və ictimai səhiyyə: müasir çağırışlar və profilaktika” adlı beynəlxalq konfransda iştirak edib

ATU-nun əməkdaşı “Əmək təbabəti, gigiyena və ictimai səhiyyə: müasir çağırışlar və profilaktika” adlı beynəlxalq konfransda iştirak edib

Azərbaycan Tibb Universitetinin Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, dosent Şəhla Balayeva Qazaxıstanın Aktobe şəhərində keçirilən “Əmək təbabəti, gigiyena və ictimai səhiyyə: müasir çağırışlar və profilaktika” adlı beynəlxalq konfransda iştirak edib. Konfrans Qazaxıstan Respublikası Səhiyyə Nazirliyi, Marat Ospanov adına Qərbi Qazaxıstan Tibb Universiteti, Milli Peşə Sağlamlığı və Xəstəlikləri Mərkəzi və Qazaxıstan Qidalanma Akademiyası tərəfindən təşkil olunub.
Tədbirin məqsədi profilaktik tibbin əsas sahələri üzrə təcrübə və fikir mübadiləsi aparmaq, mövcud şəraitdə peşə sağlamlığı, gigiyena və ictimai sağlamlığın yaxşılaşdırılması üçün perspektivləri və çətinlikləri müzakirə etmək və tədqiqat nəticələrinin tətbiqi imkanlarını araşdırmaqdır.
Konfrans çərçivəsində Ş.Balayeva Qazaxıstanın əmək gigiyenası və peşə xəstəlikləri üzrə mütəxəssisləri ilə, Qazaxıstanın Tibb Universitetlərinin “İctimai sağlamlıq”, “Tibbi profilaktika” və “İctimai səhiyyə” kafedralarının professor-müəllim heyəti ilə görüşərək müzakirələrdə iştirak edib.

Paylaş

Dostlarınız ilə paylaşın.