

“Dalğanın istiqamətini birlikdə dəyişək!”
25 iyul – Ümumdünya Suda Boğulmaların Qarşısının Alınması Günü 2021-ci ilin aprel ayında BMT Baş Assambleyasının "Qlobal suda boğulmaların qarşısının alınması" qətnaməsi ilə təsis edilib.
Məqsəd yay mövsümündə su hövzələrində boğulma riskinə diqqəti artırmaq; suda təhlükəsizlik qaydaları ilə bağlı insanları davamlı maarifləndirmək, hökumətləri və cəmiyyəti boğulmaların qarşısının alınması üçün koordinasiyalı tədbirlər görməyə təşviq etməkdir.
Ümumdünya Suda Boğulmaların Qarşısının Alınması hər bir insanı suda təhlükəsizlik qaydalarına əməl etməyə, üzgüçülük bacarıqlarını inkişaf etdirməyə və başqalarının həyatını qorumağa çağıran beynəlxalq maarifləndirmə təşəbbüsüdür. Boğulmanın Qarşısının Alınmasına dair Qlobal Strategiya cəmiyyətin bütün təbəqələrini, bütün sektorları və bütün idarəetmə səviyyələrini ortaq məqsəd naminə birgə fəaliyyətə çağırır: “2035-ci ilədək boğulma hallarını 35 faiz azaltmaq üçün birləşək!”.
Bu hədəfə nail olmaq yalnız birgə səylərlə mümkündür. Hər bir insanın, hər bir icmanın və hər bir qurumun, harada yaşamasından və hansı şəraitdə fəaliyyət göstərməsindən asılı olmayaraq, bu məqsədə töhfə verməsi həyati əhəmiyyət daşıyır. Birlikdə hərəkət etməklə minlərlə insanın həyatını xilas etmək mümkündür.
2026-cı il Ümumdünya Boğulmanın Qarşısının Alınması Gününün mövzusu: “Dalğanın istiqamətini birlikdə dəyişək!”
