Bakı V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Azərbaycan Tibb Universitetinin həkim-diyetoloqu Leyla Zülfüqarlının “Köklüyün sirri - Arıqlığın açarı” kitabının imza günü keçirilib.
Sağlam qidalanma, diyeta və piylənmə ilə mübarizəyə həsr olunmuş nəşr müəllifin bu istiqamətdə yazdığı ikinci kitabıdır. Bütün oxucu kütləsi üçün nəzərdə tutulan nəşrdə sağlam qidalanma, köklüyün səbəbləri, piylənmə səbəblərindən biri olan milli xüsusiyyətlərimiz və digər bu kimi bir sıra məqalələr yer alıb.
Kitab “Təhsil” nəşriyyatında işıq üzü görüb.