"Nə? Harada? Nə zaman?" bilik yarışmasının qalibləri bəlli olub

Azərbaycan Tibb Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" intellektual bilik yarışması üzrə ATU NHN Kuboku təşkil olunub.

Yarışa həmçinin ATU Apoptoz İntellektual Oyunlar Klubu təşkilatı dəstək verib.

Qalib komandalara kubok, medal və digər qiymətli hədiyyələr təqdim olunub.

İlk üç yeri müvafiq olaraq İnvictus (1) ,Şeş-Qoşa (2), Paradoks (3) komandaları tutublar.