Azərbaycan Tibb Universiteti əməkdaşlarının, tələbələrinin elmi biliklərə yiyələnməsində Əsaslı Kitabxana müstəsna əhəmiyyətə malikdir. Kitabxananın direktoru Ziyafət Eminova bildirir ki, hazırda kitabxananın fondunda 686. 725 nüsxə kitab var. Fondun yeni kitablarla təmin edilməsi mütəxəssislərin və tələbələrin tibb sahəsinə aid elmi ədəbiyyatdan yetərincə yararlanmasına imkan yaradır”.
Əsaslı Kitabxananın tez-tez yeni ədəbiyyatla təhciz olunması məsələsi daim universitet rəhbərliyinin diqqət mərkəzindədir və bu istiqamətdə mühüm işlər görülür. Qeyd edək ki, bu günlərdə ATU rektoru, professor Gəray Gəraybəylinin göstərişi ilə Əsaslı Kitabxanaya rus dilində 31 adda 245 nüsxə yeni kitab–dərsliklər verilib.
Bu kitablardan bir qisminin siyahısını təqdim edirik:
1. Инфекционные болезни // Покровски В. И. и др. - Москва, 2016. (5 nüsxə)
2. Иммунология // Хитров Р. М.- Москва, 2016 (10nüsxə).
3.Внутренние болезни. В 2-х томах. // Под ред. Моисеева В. С., Мартынова
А. И., Мухина Н. А.- Москва,2017 (10 nüsxə).
4. Пропедевтика внутренних болезней // Гребнев А. А.- Москва, 2017 (15 nüsxə).
5. Эндокринология // Потемкин В. В.- Москва, 1999 (5 nüsxə).
6. Фармакология // Харкевич Д. А. - Москва, 2017 (10 nüsxə).
7. Общая хирургия // Гостишев В. К.- Москва, 2016 (10 nüsxə).
8. Травматология и ортопедия // Корнилов Н. В.- Москва, 2016 (5 nüsxə).
9. Клиническая фармакология и фармакотерапия. // Под ред. Кукеса В. Г., Стародубцева А. К. – Москва, 2012 (5 nüsxə).
10. Психиатрия // Жариков Н. М., Тюльпин Ю. Г.- Москва, 2009 (10 nüsxə).
Z.Eminova bildirir ki, bu kitablar rus sektorunda oxuyan tələbələrin elmi ehtiyaclarının ödənilməsində mühüm rol oynayacaq: “Bu səbəbdən Əsaslı Kitabxananın kollektivi və çoxsaylı oxucular adından ATU-nun rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk”.