Azərbaycan Tibb Universiteti MPF2 fakültəsi 3cü kurs tələbəsi Bəylərova Fidanin həmtəsisçisi və müavini olduğu Azərbaycan Elm Assosiasiyası tərəfindən 8 Oktyabr Pullman Badamdar Oteldə Multidissplinar Elmi Forum 2017 tedbiri keçirilib.
Forumda F.Bəylərova “Təbabətdə simvolika” mövzusunda stend hazırlayaraq onun təqdimatının keçirib. F.Bəylərovanın sözlərinə görə, Forumda 500-dən çox iştirakçı olub və onların böyük hissəsini ATU-nun tələbələri təşkil edib. Forum Təhsil Nazirliyi və bir sıra universitetlər, Elmin İnkişafı Fondunun və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilib.
Forumda humanitar və dəqiq elmlər üzrə 12 seminar baş tutub. Tibb elmləri üzrə aşağıdakı təqdimatlar keçirilib:
- Mədinə Quliyeva (London Universitet Kolleci) - Nanotexnologiya və Bərpa Tibbi
- Rəşad Həsənov (Queen Mary Universiteti) – “Kəşfdən müalicəyə: hepatitin qarşısının alınması üçün vacib olan sənsən”
- Tural Qulu (Harvard Universiteti) - Universal Tibbi Təminat» mövzusunda təqdimatlar keçiriblər.
Forum çərçivəsində seminarlarla yanaşı “UProject poster” müsabiqəsi də təşkil edilib. Poster müsabiqəsində elmin müxtəlif sahələrindəki aktual məsələlərə dair posterlər tələbələr tərəfindən təqdim edilib. Daha fərqli posterlərlə çıxış edənlər mükafatlandırılıb.
Forumda fəxri qonaq qismində Tibb Universitetinin MPF2 fakültəsinin dekanı, dos. İsrail Məhərrəmbəyli, yoluxucu xəstəliklər kafedrasının dos. Reyhan Bəylərova, bioloji kimya kafedrasından ass. Məmmədova Xəyalə, TEC rəhbərliyinin nümayəndələri iştirak ediblər. Qonaqlar verilən təqdimatları izləmiş, Uproject yarışmasının posterləri və iştirakçıları ilə tanış olmuş, assosiasiya ilə gələcək əməkdaşlıqlar barədə müzakirə apararaq, forumun təşkilatçılarına dəstək olublar.
Forumda bəzi ATU tələbələri -d Şəbnəm Həsənova (MPF2 3cü kurs),
Türkay Kərimli (MPF 2ci kurs), Leyla Quliyeva (MPF2 2ci kurs) könüllü qismində çalışıblar. “Uproject” yarışmasına qatılmış tələbələrdən Fərid Akifzadə və Vüqar Bədirlinin posterləri 3-cü yerə layiq görülmüş, Namazəli Bəgəliyev və Zəhra Məmmədli isə iştirakçı sertifikatları ilə mükafatlandırılıblar.
Qeyd edək ki, Azərbaycan Elm Assosiasiyası 2016-cı ilin Dekabr ayında yaradılıb. ATU tələbəsi Fidan Bəylərova və xaricdə təhsil almış bir qrup həmyerlimiz tərəfindən təsis edilmiş təşkilatın əsas məqsədi Azərbaycanda elmin inkişafına xidmət etmək və ölkədə elmə marağın artırılmasından ibarətdir. Təşkilat bu günə kimi fəaliyyəti dövründə tibb və digər elmlər üzrə bir sıra seminarlar keçirib, layihələr icra edib.