Elmi istiqamət

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ

AZƏRBAYCAN TİBB UNİVERSİTETİ

HİSTOLOGİYA, EMBRİOLOGİYA VƏ SİTOLOGİYA KAFEDRASINDA 2012-2016-Cİ İLLƏRDƏ YERİNƏ YETİRİLMƏSİ NƏZƏRDƏ

TUTULMUŞ ELMİ İŞİN

PLANI

Problem: «EKSPERİMENTAL ÖDEM ZAMANI DAMAR-TOXUMA ƏLAQƏLƏRİNİN MORFOGENEZİ ».

 

Mövzu: « Endotoksemiya zamanı sinir sisteminin müxtəlf hissələrində qişa-damar-sinir-qliya elementləri ilə mononukllear faqositlərin qarşılıqlı histotopoqrafiyası və elertron mikroskopik quruluşu ».

 

Mövzunun rəhbəri: prof.Qasimov E.K.

Yerinə yetirilmə müddəti: 01.2012-12.2016

 

 

İCRAÇILARIN SİYAHISI

Məsul icraçılar:                    t.e.d. H.K.Muradov

t.e.n. T.Ə.Sultanova

t.e.n. Y.Ə.Ağayev

 

İcraçılar:                               T.M.Nəcəfova

S.N.Tahirova

                                                G.Ə.Mehrəliyeva

                                                b.e.n. İ.İ.Nəzərov

b.e.n. M.İ.Quliyev

b.e.n. M.R.Mehtiyev

N.T.Quliyeva

                                                A.İ.Şahməmmədova

N.P.Qasımov

A.Ə.Mənsimov

S.R.Abdullayeva

S.H.Nərimanova

 

İstər mərkəzi, istərsə dəperiferiksinir sistemlinin tərkibinə daxil olan demək olar ki,  bütun strukturları birləşdirən ümumi cəhətlərdən biri onların müxtəlif funksiyaların yerinə yetirilməsi üçün ixtisaslaşmış qişa elementləri ilə əhatə olunmalarıdir. Qeyd etmək lazımdırdır ki, göstərilən qişa elementlərinin morfo-funksional xüsusiyyətlərinin tədqiqinə həsr olunmuş elmi tədqiqat işləri saysız hesabsız olmaqla yanaşı qədimi tarixə malikdir. Belə ki, beyin qişalarının tədqiqinə həsr olunmus elmi ışlər arasında ən çox istinad olunan italyan alimi Among Pacchioni (1705)  və isveç alimləri A. Key və Retzius M.G. (1875) elmi işləridir.

Among Pacchioni 1705-ci ildə yazdığı  “Epistolaris de Glandulis Conglobatis Durae Meningis Humanae”dissertasiya işində ilk olaraq insanın sərt qişası  tərkibində olan dənəcik şəkilli törəmələri ətraflı təsvir etmişdir. A. Pacchioni sərt qişanı ürək əzələsinə bənzətmiş və onun dənəciklərini isə yığılma zamanı beyinlə qişaları arasında surtunmənin qarşısını alan limfa ifraz edən “vəzilərə” (Glandulis) aid etmişdir. Sonradan təsvir olunan dənəciklərin  hörümçək torunabənzər qişa aid edilməsinə baxmayaraq indiyə qədər, elmi ədəbiyyatda belə, həmin dənəcikləri hörümçək torunabənzəa qışa və ya sadəçə olaraq Paxioni dənəcikləri adlandırırlar. 

 Məşhur İcveç alımləri Key A. və Retzius M.G.(1875) “Sinir sistemi və qişalarının (birləşdiricı toxumanın) anatomiyası” (Studien in der Anatomie des Nervensystems und des Bindegewebes)  əsərində lupa vastəsiilə beyin qişalarının qurluşu haqqında heyrətamiz  dərəcədə dəqiq məlumatlar əldə etmişlər. Birinci dəfə olaraq onlar beyin və onurğa beyninin  qurluşca bir-birindən fərqlənən xaricdən daxilə doğru üc (sərt, hörümçək toruna bənzər və yumşaq)  qişanin hər birinin ayrılıqda qurluş xüsusiyyətlətini  anatomik preparatlardan çəkilmış rəngli şəkillərlə nümayiş etdirməklə yanaşı, eksperimental olaraq bu qişalar arasında yerləşən subdural, subaraxnoidal və subpial boşluqların beyin-onurğa beyni mayesi cərəyanında mühüm rol oynadılarını qeyd etmişlər. Beyin mədəcikləri daxilinə Riçardson abısı yeritdikdən sonra müəlliflər bələ bir nəticəyə gəlmişlər ki, beyin-onurğa beyni mayesi  hörümçək torunabənzəp qışa (Paxioni) dənəcikləri vastəsi ilə subadural boşluğa, oradan isə çox hissəsi sərt qişanın venoz  ciblərilərinə, az qismi isə boynun limfa damarlarına daxil olurlar.

Key A. və Retzius M.G.(1875) əldə etdiyi məlumarlara hər hansı bir əlavələr ancaq elektron mikroskopun biologiya və təbabətdə tədbiqindən sonra meydana çıxmağa başladı. Beyin qişalarının ultrastruktur quruluşuna həsr olunmuş ilk işlər haqqında  əsas məlumatlar (Rodriguez-Peralta, LA,1957; Pease, DC; Schultz, RL,1958; Millen, JW; Woollam, DH.,1961; Nelson, E; Blinzinger, K; Hager, H.,1961; Ramsey, HJ. 1965 və b.)  Schachenmayr, W və Friede, RL  1978-ci ildə  Am J Pathol. jurnalında dərc olunmuş məqalədə ətraflı məlumatlar verilmişdir.

Beyin qışalarının elektron mikroskopu vastəsi ilə öyrənilməyə başlanildığı ilk elmi təqqıqat işlərinin nəticələri iki məsələnin dəqiqləşməsinə həsr olunublar: 1) sətr qışa ilə HTBQ sərhəddini nə təşkil edir; 2) heç bir patoloji dəyişikliklər olmadıq halda meye cərəyanında iştirak edən subdural boşluq var, yoxsa yox. 

Qeyd etmək lazımdır ki, hələ Key A. və Retzius M.G.(1875) sərt qişanı daxildən örtən “elastiniki endotelial zar” adlandırdıqları xüsusi hüceyrə qatının olduğunu göstərmişlər. Ancaq elektron mikroskopik olaraq sərt qişanın daxili səthində endotel hüceyrələrinə xas olan (cərəyan edən mayeni hər tərəfdən əhatə edən, bir-biri ilə müxtəlif növ əlaqələrlə birləşmış və ablyuminal səthində bazal səfhə olan tək qatlı yası hüceyrələr) əlamətlərə mallik hüceyrə qatı aşkqr edilmirdi. Əksinə  sərt sişa ilə hörümçəktoruna bənzər qişa arasında epitelial örtüyü xatırladan 2-dən 11-ə qədər yastılaşmış hüceyrə qatları aşkar edilirdi. Bu hüceyrələr mövcud ədəbiyyatda meninqotel.(Anderson) , mezotel (Pease and Schultz), subdural neurotel (Andres KH,1966, Klika E,1967; Andres KH,1967, Seitz RLöhler JSchwendemann G.1981; Krisch B. 1988; Reina MA, 1998, 2010) sərt qişanın sərhəd  hüceyrələri (Haines DEHarkey HLal-Mefty O. 1993), subdural zonanın sərhəd  hüceyrələri (Akashi Y,1972; Rascol MMIzard JY, 1976), meninqosit (Caruncho HJ, Pinto da Silva P, Anadon R , 1993), endotel (Доброволски, 1980), sərt qişanın epitelə-bənzər daxili qatı ( Angelov DN, Vasilev VA,1988) və s. adla adlandırılmışlar. Müəlliflərin əldə etdikləri məlumatlar arasındakı uyğunsuzluqlaq tək  müxtəlif adlar verməklə məhdudlaşmamışdir. 

Mövcud ədəbiyat nateriallarındakı məlumatlar arasında olan fikir ayrılıqlqrınin aşkar edilməsi  və gələcəkdə tədqiqat obyekti ola biləcək istiqamətləri müəyyən etmək üçun son “Beynəlxalq Histoloji Nomenklaturada (BHN)” (2006) beyin qışalarınnın tərkib hissələri haqqında qəbul olunmuş terminlərlə  tanışlıq mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq nomenklatura təşkilat komitəsi tərəfindən beyin qişalarına aid  terminlərin  Nabeshima S, Reese TS, Landis DM, Brightman MW. (1975), Haines DE.(1991) və Vandenabeele FCreemers JLambrichts I. (1996) dərc etdirdikləri məlumatlar əsasında tərtib edildiyi qeyd olunmuşdur. Baş beyni əhatə edən sərt sişa üc hissədən (baş beyinin sərt qişasının sümüküstlüyü hissəsi - endokraniumbaş beyinin sərt qişasının meningeal hissəsi və sərt qışanın hüceyrəvi (neurotelial) sərhəd qatı) təşkil olundugu təsdiq edilmişdir. Onurğa beynu səviyyəsində sərt qişanın sümüküstlüyü hissəsi olmur.  HTBQ yumşaq qişa ilə birlikdə leptomeninks adlandırılmışdır.   HTBQ-nin tərkibinə əsasən araxnoidal (meningial) sədd hüceyrələri qatiaraxnoidal atmalar (trabekulalar)subaraxnoidal boşluq,  neurotelial çıxıntılararaxnoidal xov və dənəciklər daxil edilmışlər. Yumşaq qışanin xarici səfhədən (epipial qat), daxili səfhədən (intima qatı) və subpial böşlüqdan təşkil olunduğu qəbul olunub.

Planlaşdırılan dissertasiya işsini adından göründiyi kimi əsas məqsəd mərkəzi və periferik sinir sistemlərinin müxtəlif törəmələrini əhatə edən qışaların bioloji sədd rolunu oynayan hissəsinin histotopoqrafiyası, ultrastruktur və immumhistokimyavi quruluş  xüsusiyyətlərini dəqiqləşdirməkdir. BHN-a daxil edilmış terminlərin adlarından məlum olur ki, beyin qışaları tərkibində bioloji sədd rolunu oynayan sərt qişanın hüceyrəvi (neurotelial) sərhəd qatı ilə araxnoidal atmalar (bunu bəzən trabekulyar araxnoid də adlandırırlar) arasında yerləşən araxnoidal (meningial) sədd hüceyrələri qati təşkil edir. Sonuncuların histopoqrafik vəziyyətinin müəyyən edilməsi üçün əsas ultrastruktur əlamət  sərt qişanın hüceyrəvi (neurotelial) sərhəd qatını   xaricdən əhatə edən baş beyinin sərt qişasının meningeal hissəsinin (şək.3) və araxnoid atmalarının tərkibin kollagen liflərinin(şək.5)  olmasıdır. Yəni nə sərt qışanın hüceyrəvi (neurotelial) sərhəd qatında  nə də araxnoidal (meningial) sədd hüceyrələri qatinda hüceyrəvi elementlər arasında kollagen liflərinə rast gəlinmir. Bunu nəzərə alaraq Nabeshima S, Reese TS, Landis DM, Brightman MW. (1975) və Schachenmayr WFriede RL.(1978) beyin qişalarının iki kollagenli kompartmentləri (sərt qişanın əsas kütləsi və HTBQ atmaları)  arasında qalan hissəsini dura-araxnoidal həmsərhəd (interface) qat (zona) adlandımağı təklif etmişlər. Hal-hazirda da göstərilən termin demək olar ki müəlliflərin əksəriyyəti tərəfindən istifadə olunur (Angelov DN. 1990; Yamashima T. 2000; Reina MA et al. 2002, 2010; Wolff N.2002; Mack JSquier WEastman JT.2009).

İnsanda baş beyinin sər qişasınin meningial hissəsinin bir görüş sahəcində iki fibrositin arasında müxtəlif istiqamətlərdə yerləşən  xeyli miqdarda kollagen lifləri dəstələri, mikrofibrilləri və amor hissələri osmiofil quruluşa malik elastiki liflər yerləşirlər. Ev toyugunda sərt qışanın müvafiq hissəsinin bir görüş sahəsində isə üç cərgə fibrositlər və onların aralarında yerləşən əksəriyyəti kəsik səthinə perpendikulyar yerləşən kollagen lifləri dəstələri və osmiofob elastiki liflər yerləşirlər. Təsvir olunan elektonnoqrammalarda kollagen liflərinin miqdarı  və istiqəmətləri ilə fərqlənsələr də sərt qışanın meningial hissəsi formalaşmamış sərt birləşdirici toxuma elementlərində təşkil olunnurlar.

Əldə olan ədəbiyyat matürualları ilə tanışlıq bir mənalı göstərir ki, səqq rolunu oynayan törəmələrin mənşəyi, ultrastruktur quruluşu, makro- və mikromolekulyar trasserləri keçirmə xüsusiyyətlərinə dair fikir ayrılıqları , bəzən isə bir-birini təzkib edən malumatlar yuxarıda müzakirə olunan baş beyin və onurğa beyni qışaları ilə məhdudlaşmır. Müvafiq fikir atrılıqları spinal qanqlionu və periferik sinirləri əhatə edən qaşalarada şamıl oluna bilər (Y.Olsson, 1968, 1971; T.S.Reese, 1971; J.M.Jacobs 1977; L.T.Malmgren, Y.Olsson 1980; D.Hultström et al, 1983; C.A.Pettersson, H.S.Sharma, Y.Olsson, 1990; D.T.Allen, J.A.Kiernan (1990); Y.P.Chau, K.S.Lu (1995); H.Hirakawa et al, 2004; J.İ.Alvarez, J.M.Teale, 2006).

Endotoksin (qram-mənfi bakteriyalar;n divar;n;n liposaxsaxaridi LPS) 40%-70% hallarda ölümlə nəticələnən, müxtəlif orqanların çatışmamazlığının inkişafının (1,2) əsas səbəblərindən olan sistem iltihabı və septic şok sindromunun patogenizində mərkəzi rol oynayır. Endotoksemiya zamanı müxtəlif orqanların çatışmamazlığına gətirib çıxaran səbəblərdən olan damarların keçiriciliyinin artması nəticəsində ödem mayesinin əmələ gəlməsi xüsusi yer tutur. Uzun müddət ödem mayesinin əmələ gəlməsinin səbəbi tosqun hüceyrələrin deqranulyasiyası zamanı azad olan bir sıra sitokinlərin (şiş nekrozu faktoru, interleykinlər, tromboksan A2, prostoqlandinlər və s.) təsiri hesab olunurdu. lakin son illər molekulyar biologiyanın müasir tədqiqat üsullarının tətbiqi sayəsində dammar keçiriciliyinin artmasında tosqun hüceyrələrlə yanaşı mononuklear faqositlərin də əhəmiyyətli rolunun olması dəqiqləşdirildi. Sawai.IA. və həmmüəllifi (5) göstərdilər ki, peritonieal keçiriciliyin səviyyəsi neytofillərin, tosqun hüceyrələrin, T-və B-limfositlərin, C-reaktiv zülalın infiltrasiyası ilə korreliasiya etmir. Onlar çoxlu miqdarda xətti reqressiv analizlərin köməyi ilə müəyyən etdilər ki, periton damarlarının keçiriciliyinin artmasına gətirib çıxaran əsas faktor CD-68 pozitiv makrofaqların infiltrasiyasıdır. Bundan başqa bu yaxınlarda aparılan tədqiqatların nəticəsi göstərdi ki, mononuklear faqositlər tərəfindən hazırlanan sitokinlər arasında makrofaqların miqrasiyasını ləngidən faktor (MİF) qram-mənfi bakteriyaların (6) endotoksininə (lipopolisaxaridinə) onların təsirini əsas tənzimləyicilərindən biridir. Ensefalitlər və irinli meningitlər zamanı onurğa beyni mayesinin tərkibində (MİF) qatılığının olduqca artması onun mərkəzi sinir sisteminin (7) iltihab reaksiyalarında bilavasitə iştirak etdiyini göstərir.

Yuxarıdakıları nəzərə alaraq, bu tədqiqatın məqsədi eksperimental endoksemiya zamanı mononuklear faqositlərlə periferik sinirlərin və onurğa beyni düyünlərinin, baş beyin qabığının parenximatos elementləri arasındakı qarşılıqlı əlaqələrin histotopoqrafiyasının və ultrastruktur parametrlərinin öyrənilməsi olacaqdır.

 

TƏDQİQATIN VƏZİFƏLƏRİ

Göstərilən məqsədə nail olmaq aşağıdakı vəzifələrin həllini tələb edir:

  1. Endotoksemiya zamanı ağ sicovulun beyin qabığında  qişa-damar-sinir-qliya elementləri ilə mononukllear faqositlərin qarşılıqlı histotopoqrafiyası və elertron mikroskopik quruluşu.
  2. Kəsgin edotoksemiya zamanı  ağ sicovulun oturaq sinirində  qişa-damar-sinir-qliya elementləri ilə mononukllear faqositlərin qarşılıqlı histotopoqrafiyası və elertron mikroskopik quruluşu.
  3. Kəsgin edotoksemiya zamanı  ağ sicovulun onurğa beyni qanqlionun  qişa-damar-sinir-qliya elementləri ilə mononukllear faqositlərin qarşılıqlı histotopoqrafiyası və elertron mikroskopik quruluşu.
  4. Kəskin endotoksemiya zamanı beyin qabığında, oturaq cinirində və onurğa beyni qanqlionunda makrofaqlarların qişa-damar-sinir-qliya elementləri ilə qarşılıqlı əlaqələrində baş  verən dəyişikliklər haqqında son hesabatın hazırlanması.

 

III. İŞİN OBYEKTİ: Ağ siçovulun beyin qabığı, oturaq siniri və onuröa beyni qanqlionlarından götürülmüş hissələr.

IV. İŞİN METODLARI: İşin gedişində üzvdaxili damarların tuş-jelatin, gümüşlənmə və ekzogen qırıqotu peroksidazasının köməkliyi ilə aşkar edilməsi, damar və qişa elementlərinin keçiricilik xüsusiyyətlərinin mikro və makromolekulyar trasserlərin köməkliyi ilə işıq və elektron mikroskopik səviyyələrdə tədqiqi qişa, damar, qliya və sinir elementlərinin qarşılıqlı histotopoqrafiyasının ardıcıl histoloji və yarımnazik kəsiklərdə öyrənilməsi və onların rekonstruksiyası. işıq və elektron mikroskopik səviyyələrdə əldə olunmuş morfometrik məlumatların variasion və alternativ statistik analizi.

VII. GÖZLƏNİLƏN NƏTİCƏLƏR: Kəskin endotoksemiya zamanı mərkəzi və periferik sinir sisteminin müxtəlif hissələrində qişa, damar və qliyanın tərkibinə daxil olan struktur elementlərdə baş verən dəyişikliklərin dəqiqləşdirilməsi.

VIII. İSTİFADƏ OLUNAN SAHƏLƏR: Nəzəri və tətbiqi histologiya və anatomiya, nevrologiya, angiologiya, nevropatologiya.

IX. TƏTBİQ FORMALARI: Səmərələşdirici təkliflər, monoqrafiya, jurnal məqaləsi, cədvəllər, slaydlar, nümunəvi histoloji preparatlar və elektronoqramlar.

2013 - cü ilin elmi hesabatı
2014 - cü ilin elmi hesabatı
2015 - cü ilin elmi hesabatı
Elmi işlərin mərhələlərlə yerinə yetirilməsi