Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Bakalavriat (Əsas (baza) ali tibb təhsili)

“Dermatovenerologiya” kafedrasında bakalavr proqramı gələcək həkimlərə dəri və cinsiyyət xəstəliklərinin erkən diaqnostikası, profilaktikası və müalicəsi sahəsində əsas nəzəri bilik və praktik bacarıqlar qazandırır. Proqramın məqsədi tələbələrdə dəri xəstəliklərinin patogenezini, klinik xüsusiyyətlərini, dermatoskopiya və laborator diaqnostika prinsiplərini, eləcə də infeksion və qeyri-infeksion dəri patologiyalarının idarə olunmasını öyrətməkdir.

Tədris çərçivəsində tələbələr dermatoloji xəstəliklərin (dermatitlər, psoriaz, ekzema, autoimmun xəstəliklər, akne və s.) klinik təzahürlərini tanımağı, veneroloji xəstəliklərin (sifilis, qonoreya, xlamidiya, HPV, herpes və s.) laborator və klinik diaqnostikasını aparmağı, müasir müalicə protokollarını tətbiq etməyi öyrənirlər.

Bakalavr mərhələsini bitirən məzunlar dermatoloji və venereoloji problemlərin ilkin qiymətləndirilməsini aparmaq, xəstələrin yönləndirilməsi, profilaktik məsləhətlərin verilməsi, epidemik risklərin müəyyən edilməsi və klinik müşahidələrin aparılması üzrə kompetensiyalara sahib olurlar. Məzunlar xəstəxanalar, poliklinikalar, icbari tibbi sığorta qurumları, dövlət və özəl tibb mərkəzləri, eləcə də tədqiqat və təlim müəssisələrində fəaliyyət göstərə bilirlər.