Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Bakalavriat (Əsas (baza) ali tibb təhsili)

 Əczaçılıq kimyası kafedrasında əczaçı mütəxəssilərin hazırlığı üçün ixtisas fənləri, o cümlədən əczaçılıq kimyası, radiofarmasiya, eləcədə dərman sənayesində keyfiyyətə nəzarət üsulları fənləri tədris olunur. Əczaçılıq kimyası tibbi məqsədlərlə istifadə edilən – maddələrin alınması, fiziki-kimyəvi xassələri, analiz üsulları, kimyəvi quruluşu ilə farmakoloji fəallığı arasında əlaqə, eləcədə saxlama müddətində məruz qaldığı çevrilmələri öyrənən elm sahəsidir.  Əczaçılıq kimyasının iki böyük problemi vardır; bunların birincisi yeni dərman maddələrinin yaradılması məqsədi ilə bioloji fəal maddələrin sintezi, ikinci istiqamət isə dərmanların  keyfiyyətinə nəzarət məqsədi ilə yeni analiz üsullarının işlənib hazırlanması və yaxud istifadədə olan üsulların təkmilləşdirilməsidir. Beləliklə, gələcəkdə əczaçı bakalavrlar öz praktik fəaliyyətlərində əczaçılıq kimyası fənnindən aldığı bilgilər əsasında dərmanların keyfiyyətinə nəzarəti həyata keçirməyi öyrənəcəklər. Bu məqsədlə tələbələr müxtəlif analiz üsullarının işlənib hazırlanması, eləcədə onların tətbiqi üzrə bacarıqlara yiyələnirlər. Fənnin tədrisi nəticəsində bakalavrlar aşağıdakı bacarıqlara yiyələnirlər:

1.Normativ sənədə müvafiq olaraq dərman vasitələrinin kiməyvi,  bioloji və fiziki-kimyəvi üsullarla analizini aparmaq ;

2.Ayrı-ayrı dərman formalarının, o cümlədən tablet, məlhəm, inyeksiya üçün məhlulların fiziki-kimyəvi xüsusiyyətlərini təyin etmək;

3.Dərman vasitələrinin analizi üçün orta nümunənin   seçilməsi və götürülməsi qaydalarını müəyyən etmək;

4.Dərman vasitələrinin keyfiyyətini təyin etmək üçün  lazim olan avadanlıq və reaktivlərin çeşidini seçmək;

5.Yeni dərman vasitələrinin hazırlanmsı, sınaqdan keçirilməsi və qeydiyyatı, eləcədə istifadə edilən analiz üsullarının təkmilləşdirilməsini həyata keçirmək.

Qeyd etmək lazımdır ki, nüvə təbabəti kimi mühüm bir tibb sahəsinin sürətli inkişafı radiofarmasevtik preparatlara olan təlabatı artırmışdır. Radiofarmasevtik preparatların əhəmiyyətini nəzərə alaraq, son illərdə dünyanın aparıcı ölkələrinin nüfuzlu ali təhsil müəssisələrində radiofarmasiya fənni tədris olunmağa başlamışdır. Bu təcrübəni nəzərə alaraq Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültısinin “Əczaçılıq” ixtisası üzrə bakalavrlar üçün “Dövlət standartı”nda da radiofarmasiya fənninin tədrisi məcburi fənn kimi təsdiq edilmişdir.

Radofarmasiya fənni radiofarmaçeplik preparatların  yaradılması istifadəsi, saxlanması və keyfiyyətinə nəzarət üsullarını, eləcədə müxtəlif görüntüləmə üsullarından istifadə edərək onların tətbiqini öyrənir. Radiofarmasevtlik  preparatları əsasən diaqnostik və müalicə məqsədləri ilə istifadə olunur.

Məlumdur ki, dərmanların istehsalı ilə müxtəlif sənaye müəssələri məşğul olur və dərman sənayesində keyfiyyətə nəzarət mühüm yer tutur. Məhz əczaçı bakalavrlar əczaçılıq kimyası kafedrasında dərman sənayesində keyfiyyətə nəzarət üsulları adlı fənnin tədrisi zamanı dərman vasitələrinin həm istehsal, həm də satış mərhələlərində, eləcə də saxlanma müddətində keyfiyyətinə nəzarəti həyata keçirmək üçün müxtəlif analiz üsullarının işlənib hazırlanması  və onların tətbiqi ilə məşğul olurlar.

Əczaçılıq kimya I

Dərman sənayesində analiz üsullarının işlənib hazırlanması və keyfiyyətə nəzarət 

Radiofarmasiya