ATU-nun Tədris Cərrahiyyə Klinikasında 90 yaşlı xanımın mədəsində uğurlu əməliyyat icra olunub. ATU-nun ümumi cərrahiyyə kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, professor Elçin Ağayevin sözlərinə görə, bizdən əvvəl xəstə müxtəlif klinikalarda müayinələrdən keçmiş, lakin xəstənin yaşına, ümumi vəziyyətinin ağırlığına və yüks riskli xəstə olmasına görə radikal əməliyyatın icrasından imtina olunmuşdur. Söhbət mədənin kordial hissəsinin qida borusuna və mədəaltı vəziyə sirayət edən və ətraf limfa düyünlərinə yayılan bədxassəli şişidən gedir.
“Düzünü deyim k, mən nə öz təcrübəmdə, nə də həmkarlarımın təcrübəsində görməmişəm ki, 90 yaşlı, ağır vəziyyətdə olan bir qadına total qastroektomiya əməliyyatı aparılsın. Bu xəstədə mədə, qida borusunun qarın hissəsi, böyük piylik, mədəaltı vəzin cisminin bir hissəsi və ətraf limfa düyünləri bir blok daxilində götürülərək, nazik bağırsaqla qida borusu arasında həlqəvi stepler anasomozu (yəni ən müasir tikiş vasitələri ilə) qoyulmuşdur. Düzdür, bu tipli əməliyyatlara cərrahi praktikada təsadüf edilir. Bunu həm bizim və həm də digər klinikaların təcrübəli cərrahları icra edirlər. Lakin 90 yaşlı, yanaşı gedən bir sıra xəstəlikləri olan ağır bir xəstədə bu əməliyyatın müvəffəqiyyətlə nəticələnməsi bizim, universitetimizin TCK-nın böyük uğurudur və fəxarət vericidir.
Prof. E.Ağayevin sözlərinə görə, adətən ahıl yaşlı və vəzyyəti ağır olan belə xəstələrdə bu tipli, mürəkkəb və ağır radikal əməliyyatların aparmaqdan çəkinirlər və xəstəyə qidalandırmaq məqsədiqə palliativ (şiş qalmaqla) qastrostomiya (mədəyə əlavə borunun salınması) əməliyyatı icra olunur. Ba da psixoloji cəhətdən xəstə və yaxınları üçün olduqca ağır durumun yaranmasına gətirir. “Biz bu xəstə üçün kafadra əməkdaşlarının iştirakı ilə konsilium keçirdərək əməliyyatın icrasına qərar verdik”.
Həkim bildirdi ki, əməliyyat 3 saat davam edib. Əməliyyatdan sonrakı 3-cü sutkadan etibarən xəstə qidalandırılmağa başlanılıb. Xəstə artıq 6-cı sutkada kafi vəziyyətdə ambulator müşahidəyə göndərilib. Xəstə hazırda özünü yaxşı hiss edir.
Qeyd edək ki, ümumi cərrahiyyə kafedrası ATU-nun ən böyük kafedaralarından biridir. Bu kafedra əməkdaşlarının kliniki fəaliyyəti ATU-nun Tədris Cərrahiyyə Klinikasında həyata keçirilir: “Bu klinika Qafqazda analoqu olmayan bir klinikadır. Respublikamızın ən müasir avadanlıqlarla təchiz olunmuş klinikalıarından biridir. Fəxarət duyğusu ilə qeyd etmək istəyirəm ki, son 6-7 ay ərzində təxminən 20-yə yaxın xəstə digər klinikalardan ağırlaşmış vəziyyətdə bizim kafedraya gətirilmiş, tərəfimizdən əməliyyat olunaraq kafi vəziyyətdə evə yazılmışdır.
Professor E.Ağayev bildirir ki, şöbədə xüsusilə qarın və döş boşluğu orqanlarının cərrahi patologiyaları ilə bağlı mürəkkəb əməliyyatlar icra olunur. Əməliyyatların böyük əksəriyyəti ən müasir endoskopik qurğularla həyata keçrilir. Bunlardan qaraciyər-öd yolları, mədə, nazik və yoğun bağırsaqlarda, dalaqda, ginekoloji orqanlarda aparılan təcili və planlı laparoskopik əməliyyatları qeyd edə bilərik.