TEC-in işindəki dəyişiklik müsbət qarşılanıb

Bu il Azərbaycan Tibb Universitetində elmi işlərin yoxlanılması prosesinə dəyişikliklər edilib. Bu barədə ATU-nun I müalicə profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov fakültənin cərrahi bölümünün Tələbə Elmi Cəmiyyətinin (TEC) konfransında məlumat verib.

 

Fakültə dekanı, dosent Elşad Novruzov son dövrlərdə gənclərin, o cümlədən ATU tələbələrinin elmə marağının artdığını bildirib. Bunu“qürurverici hal”adlandıran dekan E.Novruzov bu məsələdə elmi rəhbərlərin böyük rol oynadığını qeyd edib.

 

Dekan E. Novruzov bu il TEC-in işində, konkret olaraq elmi işlərin yoxlanılması prosesində bir sıra dəyişikliklər olunduğunu bildirib. Dekanın sözlərinə görə, artıq terapiya və nəzəri bölmədə yeni qaydalar tətbiq olunur və bu dəyişikliklər müsbət qarşılanıb.

 

ATU-nun Tələbə Elmi Cəmiyyətinin sədri dosent Müşfiq Həsənov çıxış edərək, tələbələrə uğurlar arzulayıb, onlara təqdimat zamanı daha sərbəst olmağı məsləhət görüb.

 

Sonra tələbələrin müxtəlif elmi mövzular üzrə məruzələri dinlənilib.