ATU tələbələri bilik yarışında uğurlu nəticə göstərdilər

Azərbaycan Tibb Universitetinin tələbələri “Heydər Əliyev və Azərbaycan tarixi” VI Ümumrespublika Bilik yarışında uğurla iştirak ediblər. ATU-nun İctimai fənlər kafedrasının təşkilatçılığı ilə yarışmaya qatılan universitet komandasının üzvləri sertifikata layiq görülüblər.

 

“Heydər Əliyev və Azərbaycan tarixi” VI Ümumrespublika Bilik yarışı noyabrın 12-də keçirilib. Heydər Əliyev Mərkəzinin ali təhsil müəssisələri arasında keçirdiyi bu yarışma Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin və irsinin öyrənilməsinə həsr olunmuşdu.

 

Yarışmada ATU-nu təmsil edən komandanın formalaşmasında və tələbələrin hazırlanmasında İctimai fənlər kafedrasının baş müəllimləri A.Təhməzova və L.Talışinskinin böyük əməyi keçib. Komanda aşağıdakı tərkibdə yarışmaya qatılıb:
Aslan Emil Aslan o. qr. 360 a (kapitan); Qaracayev Azər İlqar o. qr.117r-4 ; Qaracayeva Fidan İlqar q. qr.218r 1 b ; Əliyev Zahid Ehkam o. qr.120a; Əliyev Ramin Əfrail o. qr.317a-7; Quluzadə Nərmin Səfər q. qr.214 b; Mirbabayev Mircavad Sabutay o. qr.782 b; Məhərrəmli Fərid Natiq o. qr.219r 1 b; yarışda müvəffəqiyyətlə iştirak etmişlər.

 

Tələbələrimizi uğurlu nəticəyə görə təbrik edir və onlara yeni uğurlar arzulayırıq.