Bizi izləyin:
Heydər Əliyev
Xarici dillər kafedrasında növbəti “Açıq qapı” günü keçirilib

Xarici dillər kafedrasında növbəti “Açıq qapı” günü keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Xarici dillər kafedrasında növbəti “Açıq qapı” günü təşkil olunub.

Tədbirdə kafedranın müdiri, professor Zemfira Məmmədova qonaqları salamlayaraq xarici dillərin müasir tibb təhsilində mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, həkimlərin beynəlxalq elmi ədəbiyyata çıxışı, xarici həmkarlarla ünsiyyəti və qlobal tibbi təcrübənin mənimsənilməsi üçün xarici dillərin öyrənilməsi böyük əhəmiyyət daşıyır.

Professor Zemfira Məmmədova qeyd edib ki, kafedrada tədris prosesində müasir və interaktiv metodlardan istifadə olunur, tələbələrin dil bacarıqlarının inkişafı üçün müxtəlif layihə və təşəbbüslər həyata keçirilir. Onun sözlərinə görə, bu cür tədbirlər tələbələr, müəllimlər və qonaqlar arasında açıq ünsiyyətin qurulmasına və təcrübə mübadiləsinə geniş imkan yaradır.

Tədbir çərçivəsində dərslərin gedişi izlənilib, tədris prosesində tətbiq olunan metodlarla yaxından tanış olunub.

Qeyd edək ki, “Açıq qapı” günlərinin keçirilməsi hər ayın son həftəsinə planlaşdırılıb. Tədbirin məqsədi xarici dillərin tibb təhsilində rolunu nümayiş etdirmək, kafedranın tədris fəaliyyəti, innovativ metodları və akademik imkanları barədə iştirakçıları məlumatlandırmaq, həmçinin tələbələrdə xarici dillərə marağı artırmaqdır.

Paylaş

Dostlarınız ilə paylaşın.