Bizi izləyin:
Heydər Əliyev
Ənənəvi Çin Təbabəti üzrə onlayn təlim proqramına qeydiyyat açıqdır

Ənənəvi Çin Təbabəti üzrə onlayn təlim proqramına qeydiyyat açıqdır

   Azərbaycan Tibb Universitetinin müəllim, həkim və rezidentrin nəzərinə!

   Azərbaycan Tibb Universitetinin tərəfdaş ali təhsil müəssisələrindən biri olan Gansu University of Chinese Medicine tərəfindən 2026-cı ilin iyun ayında “Traditional Chinese Medicine (TCM) Health Care Technique Training Program” adlı beynəlxalq onlayn təlim proqramı təşkil olunacaq.

   Proqram çərçivəsində iştirakçılar ənənəvi Çin təbabətinin sağlamlığın qorunması və dəstəklənməsi istiqamətində istifadə olunan metodları ilə tanış olacaq, sahənin aparıcı mütəxəssislərinin mühazirələrini dinləmək imkanı əldə edəcəklər.

   Proqram haqqında
Təlim müddəti: 1 ay
Dərslər: həftədə 2 dəfə
Hər dərsin müddəti: təxminən 90 dəqiqə
Tədris dili: ingilis dili
Format: onlayn 
Tədris materialları (PDF formatında təqdimatlar) iştirakçılara əvvəlcədən göndəriləcək
İştirak şərtləri
İngilis dili biliyi minimum B2 səviyyəsində olmalıdır.
Təlimdə iştirak etmək istəyən şəxslər müraciətlərini [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
Son müraciət tarixi  26 may 2026-cı il

Əlavə məlumat üçün Azərbaycan Tibb Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinə müraciət edə bilərsiniz.

Paylaş

Dostlarınız ilə paylaşın.