Bizi izləyin:
Heydər Əliyev
Qazaxıstanlı tələbənin Azərbaycan Tibb Universitetində tədris prosesi haqda təəssüratı

Qazaxıstanlı tələbənin Azərbaycan Tibb Universitetində tədris prosesi haqda təəssüratı

   Hoca Ahmet Yəsəvi Beynəlxalq Türk-Qazax Universitetinin Tibb fakültəsinin III kurs  tələbəsi Kamalbay Yersultan 2025-2026-cı tədris ilinin yaz semestrində təhsilini Azərbaycan Tibb Universitetində (ATU) tibb ixtisası üzrə davam etdirib və ATU-nun Tədris Cərrahiyə Klinikasında ikihəftəlik təcrübə keçib.  
    Qazaxıstanlı tələbə ATU-da tədris mühiti, o cümlədən nəzəri və praktiki təcrübə prosesi haqda təəssüratını sosial şəbəkə izləyiciləri ilə paylaşıb. 
    Qeyd edək ki, Hoca Ahmet Yəsəvi Beynəlxalq Türk-Qazax Universiteti Türkiyə və Qazaxıstan Respublikalarının beynəlxalq, muxtar statuslu, birgə dövlət universitetidir. 
    Qazaxıstanın qədim Türkistan şəhərində yerləşən universitet türk dünyasının əməkdaşlığına əsaslanır və türkdilli gənclərin keyfiyyətli təhsil alması üçün əsas mərkəzlərdən biri hesab olunur.
 

 

Paylaş

Dostlarınız ilə paylaşın.