Heydər Əliyev
Əməkdaşlarımız beynəlxalq konfransda çıxış ediblər

Əməkdaşlarımız beynəlxalq konfransda çıxış ediblər

Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Silk Road - 2026” adlı plastik, rekonstruktiv və estetik cərrahların III beynəlxalq Avrasiya konfransında iştirak ediblər.
Tədbir çərçivəsində plastik cərrahiyyə, kosmetologiya və üz-çənə cərrahiyyəsi sahəsində qabaqcıl metodların, innovasiyaların və klinik təcrübələrin mübadiləsi aparılıb.
Konfransda ATU nümayəndələri - Azərbaycan Plastik Cərrahlar Cəmiyyətinin sədri, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, professor Vaqif Qələndər, Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti Nigar Sultanova, həkim-mütəxəssislər Dilqəm Məmmədov və tibb üzrə fəlsəfə doktoru Günay Əhmədova məruzələrlə çıxış ediblər.

Paylaş

Dostlarınız ilə paylaşın.