Heydər Əliyev
ATU qlobal akademik əməkdaşlığını gücləndirir: Türkiyədə uğurlu mobillik proqramı

ATU qlobal akademik əməkdaşlığını gücləndirir: Türkiyədə uğurlu mobillik proqramı

     Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndə heyəti Türkiyənin Ondokuz Mayıs Universitetində keçirilən beynəlxalq akademik mobillik proqramını uğurla başa vurub. 
    Proqram çərçivəsində nümayəndə heyəti universitetin fakültələri, klinik laboratoriyaları, Kök Hüceyrə Mərkəzi və müxtəlif ixtisas kafedralarının fəaliyyəti ilə yaxından tanış olub. Səfər zamanı tədris prosesinin təşkili, elmi-tədqiqat istiqamətləri və klinik  fəaliyyət sahəsində tətbiq olunan qabaqcıl təcrübələr öyrənilib, qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
   Görüşlər zamanı akademik mobillik imkanlarının genişləndirilməsi, birgə elmi layihələrin hazırlanması, müəllim və tələbə mübadiləsinin inkişafı, eləcə də gələcək strateji əməkdaşlıq istiqamətləri ətrafında məhsuldar müzakirələr keçirilib.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli, İctimai səhiyyə fakültəsinin dekan müavini Nailə Məmmədova, ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Aynur Abduləliyeva, Terapevtik stomatologiya kafedrasının dosenti Esmira Abbasova, I Uşaq xəstəlikləri kafedrasının assistenti Aytən Şıxəliyeva, Sitologiya, embriologiya və histologiya kafedrasının assistenti Fidan İbrahimova, Nevrologiya kafedrasının assistenti Nuridə Tağıyeva, Dermatovenerologiya kafedrasının assistenti Əsmər Mədətli və I Daxili xəstəliklər kafedrasının assistenti Elgün Həziyev daxildir. 
ATU üçün beynəlxalq əməkdaşlığın inkişafı, qabaqcıl elmi biliklərin mənimsənilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi prioritet istiqamətlərdən biridir. Bu baxımdan, uğurla başa çatan beynəlxalq akademik mobillik proqramı universitetin beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişlənməsinə, fakültələrin qlobal akademik mühitə inteqrasiyasına və əməkdaşların peşəkar inkişafının davamlı şəkildə dəstəklənməsinə mühüm töhfə verir.
 

Paylaş

Dostlarınız ilə paylaşın.