Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları”na həsr olunmuş I Milli konfrans keçirilib.
Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Konfransı giriş sözü ilə açan ATU rektoru, professor Gəray Gəraybəyli iştirakçıları salamlayaraq, onlara konfransın işində uğurlar arzulayıb.
G.Gəraybəyli bildirib ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bütün sahələrdə olduğu kimi səhiyyədə də son illərdə sürətli inkişaf gedir.
“Bu istiqamətdə aparılan məqsədyönlü siyasət insan sağlamlığının, xəstəliklərin qarşısının alınması, xəstələrə göstərilən tibb xidmətin yaxşılaşdırılması və keyfiyyətinin artırılmasına xidmət edir. Bunun bariz nümunəsi kimi 2005-ci ilin dekabrın 23-də Cənab Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın qəbulunu göstərmək olar. Bu sərəncamla təsdiq olunmuş strategiyadan sonra Səhiyyə Nazirliyi tərəfindən fəaliyyət planı hazırlanıb. Və bu fəaliyyət planına uyğun olaraq bir çox istiqamətdə işlər görülür və görülməkdə də davam edir”.
Daha sonra Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva çıxış edib.
Z. Mustafayeva çıxışında hazırda qeyri-infeksion xəstəliklərin dünyada ən geniş yayılmış epidemiya olduğunu deyib.
“Bu xəstəlik hər gün minlərlə insanın ölümünə və sağlamlığına təhlükə yaradır. Bir çox inkişaf etmiş ölkələr kimi Azərbaycan da bu təhlükəli epidemiya ilə mübarizəyə bir neçə il əvvəl qoşulub. Strategiyanın icrasını təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin 10 may 2016-cı il tarixli əmri ilə aidiyyatı dövlət orqanlarının nümayəndələri də daxil olmaqla, icra və əlaqələndirici işçi qrupu yaradılıb. Bu istiqamətdə əhalinin sağlamlığının yaxşılaşdırılması məqsədilə mühüm tədbirlər həyata keçirilir. Qeyri-infeksion xəstəliklərin qarşısının alınması üçün tibbi xidmətin keyfiyyətinin artırılması, bu sahədə informasiya imkanlarının genişləndirilməsi, tədqiqatların aparılması, eləcə də bu xəstəliklə bağlı monitorinqlərin həyata keçirilməsi əsas vəzifələrdən biridir. Qeyd edim ki, bu xəstəlik təkcə Səhiyyə Nazirliyinin problemi deyil, ümumiyyətlə cəmiyyətin problemidir”.
Çıxış edən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov konfrans iştirakçılarını salamlayıb və onlara belə mühüm bir tədbirdə iştiraka görə minnətdarlığını bildirib.
“Artıq iki ildir ki, Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya” ölkəmizdə tətbiq olunur. Bu konfransın keçirilməsində də əsas məqsəd ölkəmizdə gələcəkdə bu strategiyanın tətbiqi ilə bağlı qarşıda duran vəzifələri həyata keçirməkdir. İnanıram ki, bu sahədə səylərimizi birləşdirərək qarşıda qoyulan hədəflərə uğurla nail ola bilərik”.
Milli Məclisin deputatı, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli çıxışında belə bir konfransın təşkilinə görə əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib.
Ə. Hüseynli qeyd edib ki, parlamentdə də bu xəstəliklə mübarizəyə dair bir sıra müzakirələr aparılır: “Hesab edirəm ki, səhiyyə işçiləri də bu sahədə üzərlərinə düşən işlərin öhdəsindən layiqincə gələcəklər”.
Qeyd edək ki, konfrans öz işini ATU-da “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları”na həsr olunmuş I Milli konfrans keçirilib

Qeyd edək ki, konfrans öz işini “Dünyada və Azərbaycanda qeyri-infeksion xəstəliklərin yükü”, (Ceyhun Məmmədov, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru), “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın icrası ilə bağlı görülmüş işlər”, (Təranə Nəzərova, Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi), “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın icrasında növbəti 3 il üzrə prioritetlər və çətinliklər” (Nabil Seyidov, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və islahatlar şöbəsinin mudiri), “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” AR Qanunun tələblərindən irəli gələn məsuliyyət məsələləri (Əli Hüseynov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri), “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” AR qanunun əhəmiyyəti və potensial təsirləri (Adil Vəliyev, Azərbaycan Respublikası Milli Məclisinin Sosial Qanunvericilik şöbəsinin sektor müdiri), “Gənclər arasında fiziki aktivlik və idmanla məşğuliyyətin təşviqi və təbliği: innovativ yanaşmalar, yerli imkanlar və beynəlxalq təcrübə” (Nərmin Aslanbəyova, Gənclər və İdman Nazirliyi Sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun müdiri), “Sağlam qidalanmanın uşaqlar arasında aşılanmasında yeni yanaşmalar və metodlar: beynəlxalq təcrübə və onun tətbiqi imkanları” (Afət Süleymanova, Təhsil Nazirliyi, Aparıcı məsləhətçi), “Tütün məmulatları, spirtli içkilər, şəkərli içkilər və s. sağlamlığa zərərli təsiri olan məhsullara aksiz və digər vergilərin tətbiqi: beynəlxalq təcrübə və ölkədaxili imkanlar” (Samir Məmmədov, Vergilər Nazirliyi, Baş dövlət vergi müfəttişi), “Qeyri-infeksion xəstəliklərlə cinsi və reproduktiv sağlamlıq arasında müəyyən olunan tibbi və ictimai əlaqələr” (Fərid Babayev, BMT-nin Əhali Fondunun Azərbaycanda Nümayəndəliyin sədri), “2030-cu ilə doğru. Dayanıqlı inkişaf məqsədlərinin QİX-la bağlı hədəflərinə nail olaq” (Gauden Galea, Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Müdiri), “Onkoloji xəstəliklərinin skrininqi” (Azad Kərimli, Milli Onkologiya Mərkəzinin baş həkimi, Səhiyyə Nazirliyinin baş onkoloqu), “QİX-in risk faktorlarının öyrənilməsinə dair reprezentativ STEPS sorğusunun yekun nəticələri” (Səbinə Babazadə, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin mudiri), “Əhalinin fiziki aktivliyinin səviyyəsi və onun sağlamlığa təsiri” (İlahə İslamzadə, Azərbaycan Tibb Universiteti İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının doktorantı), “Məktəblilərin hərəki fəallığının artırılmasında «Sağlam Təhsil» texnologiyalarının rolu” (Şəhla Balayeva, Azərbaycan Tibb Universitetinin Əmək gigiyenası və uşaq-yeniyetmələr gigiyenası kafedrasının müdiri), “Ürək-damar xəstəliklərinin yükü və birincili profilaktikanın əhəmiyyəti” (Rafael Daşdəmirov, Elmi-Tədqiqat Kardiologiya İnstitutu direktorunun müavini), “CORE (Chronic Obstructive Respiratory Diseases) Tədqiqatının nəticələri” (Gülzar Əliyeva, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elmi katibi), “Şəkərli diabetin qarşısının alınması və tibbi xidmətin keyfiyyətinin artırılmasında REM-in gördüyü işlər” (Yeganə Sultanova, Respublika Endokrinoloji Mərkəzinin həkimi), “İSİM tərəfindən məktəbli uşaqların qidalanmasına dair aparılmış araşdırmanın nəticələri” (Nərmin Əliyeva, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Tibbi keyfiyyət standartları şöbəsinin mütəxəssisi), “Məktəblilər arasında artıq bədən kütləsinin (piylənmənin) yayılması, sağlamlıq vəziyyətlərinə təsiri”(Aytəkin Tağıyeva, Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının assistenti), “Yeniyetmələr və tütün epidemiyası: Rəqəmlər arxasında reallıq”(Tofiq Musayev, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin mudiri), “Artıq bədən çəkisinin və piylənmənin formalaşmasının risk amilləri və onların qadınların sağlamlığına təsirinin azadılması mexanizmləri” (Aynur Cəfərova, Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının assistenti), “BMJ resurslarının DTT-də rolu” (Sevinc Həsənova, “British Medical Journal”-ın ölkə üzrə təmsilçisi) məruzələri ilə davam etdirib.