Bizi izləyin:
Heydər Əliyev
Krakov konqresi Azərbaycan nevrologiyasının inkişafına yeni perspektivlər açdı

Krakov konqresi Azərbaycan nevrologiyasının inkişafına yeni perspektivlər açdı

26-28 mart 2026-cı il tarixlərində Polşa Respublikasının Krakov şəhərində keçirilmiş “Nevrologiyada Mübahisəli Məsələlər üzrə 20-ci Dünya Konqresi” (The 20th World Congress on Controversies in Neurology) nevroloqlar tərəfindən yüksək maraqla qarşılanıb və diqqət mərkəzində olub.

Elmi müzakirə yönümlü formatı ilə seçilən bu mötəbər tədbirdə dünyanın 48 ölkəsindən 754 mütəxəssis iştirak edib. Konqres yüksək elmi səviyyəsi və məhsuldar fəaliyyəti ilə beynəlxalq elmi ictimaiyyət tərəfindən geniş tanınır.

Konqresdə Azərbaycan Respublikasını təmsil edən nevroloqlar, o cümlədən Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları professor Sədaqət Hüseynova, assistentlər Türkan Sultanova, Şəbnəm Quliyeva və Rəna Səmədova, eləcə də digər mütəxəssislər Samirə Məmmədova, Elşad Əliyev və Elşən Abdinli elmi məruzələrlə çıxış edib, beynəlxalq elmi müzakirələrdə fəal iştirak ediblər.

ATU-nun Fizioterapiya və tibbi reabilitasiya kafedrasının əməkdaşı Rəna Səmədovanın postinsult epilepsiyanın müalicəsinə dair poster məruzəsi konqres çərçivəsində seçilmiş ən yaxşı təqdimatlar sırasında yer alıb və müəllif müvafiq mükafata layiq görülüb.

Azərbaycan nümayəndə heyətinin Krakov konqresində fəal iştirakı ölkəmizdə nevrologiya elminin inkişafına, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinə və müasir müalicə yanaşmalarının tətbiqinə mühüm töhfə verib.

Paylaş

Dostlarınız ilə paylaşın.