
.jpg)
6–8 May 2026-cı il tarixlərində Azərbaycan Tibb Universitetində (ATU) keçiriləcək “Sağlamlıq və Texnologiyanın Zirvəsi” adlı beynəlxalq konfransın elmi proqramı artıq yayımlanıb.
10-dan artıq sessiya və 3 kursu əhatə edəcək konfransda “Daxili xəstəliklər üzrə yeniliklər və innovativ terapiya”, “Onkologiyada müasir yanaşmalar”, İctimai səhiyyə və sağlamlıq şəhər mühiti, inteqrativ yanaşmalar”, “Rəqəmsal tibb və süni intellektin klinik innovasiyalarda rolu”, “Fundamental morfologiya və tibb elminin inkişfı:yeni perspektivlər və tədqiqatlar” və s. kimi mövzu və istiqamətlər üzrə məruzələr dinləniləcək, təqdimatlar olunacaq və fikir mübadiləsi aparılacaq.
Xatırladaq ki, konfrans səhiyyə və texnologiya sahəsində son yeniliklər, innovativ yanaşmalar və elmi nailiyyətlərin müzakirə olunacağı böyük bir platformadır. Eyni zamanda bu tədbir yerli və beynəlxalq mütəxəssislər arasında əməkdaşlıq imkanlarının genişləndirilməsində əsaslı rol oynayacaq və bu əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcək.
Proqram linki: Sağlamlıq və Texnologiyanın Zirvəsi
