

25 May 2026-cı il tarixində Azərbaycan Tibb Universitetinin I Müalicə Profilaktika Fakültəsinin təşkilatçılığı və AzerMDS Həkimlər və Təbib Tələbələr İctimai Birliyinin dəstəyi ilə “Sepsisə Multidisiplinar Yanaşma” mövzusunda Elmi Konfrans keçiriləcək.
Konfrans çərçivəsində sepsis və septik şok mövzusu histologiya, patofiziologiya, mikrobiologiya, intensiv terapiya, təcili tibbi yardım, farmakologiya, pediatriya və cərrahi yanaşma aspektlərindən sahə üzrə ixtisaslaşmış müəllim və həkimlər tərəfindən multidisiplinar şəkildə müzakirə olunacaq.
Tibb elminin müxtəlif sahələrini birləşdirən bu konfrans sepsisə kompleks yanaşmanın əhəmiyyətini ön plana çıxarmağı hədəfləyir.
🕘 Qeydiyyat: 09:00-10:00
📍 Məkan: Tədris Cərrahiyyə Klinikası, -1-ci mərtəbə, konfrans zalı
🔗 Qeydiyyat linki: https://forms.gle/eZJrALEMeoZ1GcsG9
