Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Bakalavriat (Əsas (baza) ali tibb təhsili)

Ağız və üz-çənə cərrahiyyəsi fənni üzrə Proqrama sahəni ahətə edən ümümi məsələlər, muhazirələrin və təcrübə məşğələlərinin mövzu planı, kafedrada tələbələr tərəfindən minimum təcrübə vərdişləri və biliklərin mənimsənilməsi, ağız və üz-çənə nahiyyəsinin cərrahi xəstəliklərində müalicə-diaqnostika taktikası,  tədris vaxtı tələbələrin minimum praktiki manipulyasiyalara yiyələnməsi, mənbə kimi tövsiyyə olunan əsas və əlavə ədəbiyyatın siyahısı daxildir.

Nəzərə alınsaki rezidentura nomenklaturalarına üz-çənə cərrahiyyəsi ixtisası daxil edilib, stomatoloji fakultənin məzunları bu ixtisasın təməl bilikləri ilə stasionar şəraitdə tanış olmalıdılar. Üz-çənə cərrahların hazırlanması diplomdan sonraki tədris dövrünə aiddir və bu xüsusi proqramlarla stomatoloji və müalicə-profilaktika fakültələrin məzunları üçün təşkil edilən rezidenturalarda həyata keçirilir. Rezidenturalara qəbul Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən təşkil edilir.

Kafedrada aparılan tədrisin məqsədi-ambulator şəraitdə cərrahi yardımı göstərə bilən həkim-stomatoloq hazırlamaqdadır.

Fənnin öyrənilməsi üçün qoyulan vəzifələr:

-cərrahi profilli stomatoloji xəstəliklərinin diaqnostika metodlarını mənimsəmək;

-ambulator şəraitdə müalicə usullarını mənimsəmək;

- stasionar şəraitində mülicəyə göstərişləri müəyyən etmək;

- stasionar şəraitdə müalicəyə ehtiyac olan xəstələri profilli klinikalara göndərilməsi üçün hazırlamaq;

- stasionarda aparılan müalicə usullarını bilmək, xəstə stasionardan evə yazıldıkdan sonra onun tam bərpa müalicəsini aparmaq.

Kafedrada təhsilini başlayan tələbələrin ilkin səviyyəsi.

Ağız və üz-çənə nahiyyəsinin anatomiyasına, morfoloqiyasına, fiziloqiyasına və patoloqiyalarına dair təməl biliklər olmalıdır.

 Ağız və üz-çənə cərrahiyyəsinin əsasları

Ağız cərrahiyyəsi 

Üz-çənə cərrahiyyəsi II 

Təcrübə