Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Bakalavriat (Əsas (baza) ali tibb təhsili)

Əczaçılıq toksikologiyası və kimya kafedrası zəhərli maddələrin canlı orqanizmlərlə qarşılıqlı təsirini, onların fiziki-kimyəvi xüsusiyyətlərini, təsir mexanizmlərini, toksikokinetikasını və toksikodinamikasını öyrənən mühüm akademik və elmi bölmədir. Kafedranın əsas fəaliyyət istiqamətlərinə müxtəlif kimyəvi maddələrin, dərman preparatlarının, sənaye və məişət toksinlərinin, eləcə də ətraf mühit çirkləndiricilərinin insan orqanizminə daxil olma yollarının, paylanmasının, biotransformasiyasının və xaric olunmasının elmi əsaslarla öyrənilməsi daxildir.

Kimya istiqaməti isə toksik maddələrin quruluşunun, analiz və identifikasiya üsullarının öyrənilməsini, laborator şəraitdə keyfiyyət və kəmiyyət analizlərinin aparılmasını təmin edir. Müasir analitik metodların tətbiqi ilə toksinlərin aşkarlanması, konsentrasiyasının müəyyən edilməsi və onların bioloji mühitlərdə davranışının tədqiqi həyata keçirilir.

Beləliklə, “Əczaçılıq toksikologiyası və kimya” kafedrası nəzəri biliklə praktik təcrübəni əlaqələndirən, elmi yeniliklərə açıq və peşəkar kadr potensialının formalaşdırılmasına xidmət edən strateji əhəmiyyətli akademik strukturdur.

 

   “Əczaçılıq toksikologiyası və kimya” kafedrasının əsas məqsədi - əczaçılıq, kimya və kimyəvi-toksikoloji analiz sahələrində dərin nəzəri biliklərə, möhkəm praktiki bacarıqlara və yüksək peşəkar səriştəyə malik mütəxəssislərin hazırlanmasını təmin etməkdir. Kafedra tədris prosesində fundamental kimyəvi biliklərlə yanaşı, müasir əczaçılıq və toksikoloji yanaşmaların öyrədilməsinə xüsusi önəm verir və tələbələrin elmi-analitik düşünmə qabiliyyətinin formalaşdırılmasını qarşısına məqsəd qoyur. Kafedra eyni zamanda tələbələrin müstəqil işləmək, elmi tədqiqat aparmaq, əldə olunan nəticələri düzgün interpretasiya etmək və peşə fəaliyyətində tətbiq etmək bacarıqlarının inkişafına şərait yaradır. Təhsil prosesi milli və beynəlxalq standartlara uyğun qurularaq, məzunların əmək bazarında rəqabətə davamlı olmasını, əczaçılıq sənayesində, elmi-tədqiqat müəssisələrində, nəzarət-analitik laboratoriyalarda və səhiyyə sahəsində uğurla fəaliyyət göstərməsini təmin etməyə yönəlmişdir.

Kafedranın əsas məsələləri əczaçılıq və kimya sahəsində müasir tələblərə cavab verən, yüksək ixtisaslı və peşəkar kadrların hazırlanmasına yönəlmişdir. Bu çərçivədə kafedranın prioritet istiqamətləri aşağıdakılardır:

  • Kafedra müvafiq ixtisaslar üzrə dövlət təhsil standartlarına tam cavab verən, dərin nəzəri biliklərə və möhkəm praktiki hazırlığa malik, peşəkar bilik, bacarıq və qabiliyyətləri formalaşmış mütəxəssislərin hazırlanmasını qarşısına əsas vəzifə kimi qoyur.

 

  • Kafedra əvvəlki illərdə formalaşmış zəngin metodoloji baza və kadr potensialından maksimum səmərə ilə istifadə etməyi, onu davamlı şəkildə inkişaf etdirməyi və yeniləməyi əsas məsələ kimi müəyyən edir.

 

  • Kafedranın digər vacib istiqamətlərindən biri tələbələrdə və müəllimlərdə yaradıcılıq potensialının inkişaf etdirilməsi, elmi təşəbbüskarlığın və innovativ düşüncə tərzinin təşviq olunmasıdır. Bu məqsədlə elmi seminarlar, konfranslar, layihə və tədqiqat işləri təşkil olunur, tələbələrin elmi fəaliyyətə cəlb olunması üçün əlverişli mühit yaradılır.

 

  • Bakalavr təhsilini müvəffəqiyyətlə başa vuran məzunlar əldə etdikləri bilik və bacarıqlar əsasında səhiyyə müəssisələrində, əczaçılıq və analitik laboratoriyalarda, dövlət və beynəlxalq təşkilatlarda, həmçinin elmi-tədqiqat və təhsil mərkəzlərində mütəxəssis kimi fəaliyyət göstərə bilirlər. Onların geniş peşə hazırlığı əmək bazarının tələblərinə uyğunlaşmağa, müxtəlif sahələrdə uğurla işləməyə və peşəkar inkişaflarını davam etdirməyə imkan yaradır.

Kafedra bakalavr səviyyəsində təhsil proqramları çərçivəsində aşağıdakı fənləri tədris edir:

 

Ümumi kimya (Əczaçılıq)

Ümumi kimya (İctimai səhiyyə)

Üzvi kimya 1 və 2 (Əczaçılıq)

Üzvi kimya (Stomatologiya)

Analitik kimya 1 və 2 (Əczaçılıq)

Əczaçılıq toksikologiyası 1 və 2 (Əczaçılıq)

Seçim: Əczaçılıqda analitik cihazlar (Əczaçılıq)