Ortopedik somatologiya stomatologiyanın ən vacib şaxələrindən biridir. Bu fənn çərçivəsində diş tacının dağılması ,diş sırasının tamlığının pozulması və ümüiyyətə dişlərin bütünlüklə itirlməsi zamanı yaranan qüsurların bərpasını öyrənilir. Bakalavr dövründə tələbələr dişlərin morfoloji özəllikləri,ağız boşluğunun , üz nahiyyəsi əzələlərinin,gicgah-çənə oynağının ə s. anatomiyasını öyrənirlər. Bundan əlavə diş tacının qüsurları zamanı müxtəlif konstruksiyalar üçün diş yonulmasının, diş sırasının hissəvi qüsurlarında çıxmayan və çıxan konstruksiyaların hazırlanma qaydaları, dişlərin tam itirilməsi zamanı tam çıxan protezlərlə qüsurların aradan qaldırılması qaydaları, diş sırasının hissəvi və tam qüsurlarında implantüstü protezləmənin əsaslarının qaydaları tədris olunur. Bu fənnin tədris zamanı eyni zamanda diş sırasında itirilmiş tək diş qüsurunun, itirilmiş iki yanaşı diş qüsurunun, orta ölçülü, sonlu və sonsuz qüsurların, ardıcıl yerləşən bir neçə dişin itirilməsi ilə yaranan böyük qüsurların, taxmalar, güdüllü konstruksiayalar, metal-keramik qapaqlar,zirkon əsaslı qapaqlar,tam keramik qapaqlar,vinirlər,körpüyəbənzər protezlər, hissəvi və tam çıxan protezlər və implantüstü protezlərlə bərpanın əsas prinsipləri öyrənilir. Əlavə olaraq qeyd etməkolar ki, yuxarıda sadalanan bərpa üsullarının hər biri ətraflı şəkildə izah edilir, tələbələrə həmçinin dişləri yonmazdan əvvəl silikon açarların hazırlanması, dişlərin müxtəlif konstruksiyalar üçün yonulmasının ümumi prinsipləri, retraksiya sapı ilə diş ətinin retraksiyasının aparılması qaydası, müvəqqəti qapaqlar, müxtəlif qüsurlar zamanı ölçülərin alınma qaydaları, rentgenkontrast bələdçilər, pozisioner, naviqasion, rekonstruktiv şablonlar vasitəsilə dental implantasiyanın planlanması və rəqəmsal texnologiyalarla implantüstü protezləmə mərhələləri öyrədilir.
Ortopedik stomatologiyanın əsasları
Dişlərin morfologiyası və oyma texnikası