Tədris ilinin əvvəlində 2024–2025–ci tədris ili üçün tədris metodik işlər üzrə kafedranın planı tərtib və təsdiq olunmuşdur ki, bunun da əsasında kafedra əməkdaşlarının fərdi iş planları tutulmuşdur. Kafedranın iş planı bütün bölmələr üzrə yerinə yetirilmişdir.
Hər semestr üçün hər qrupun təqvim-mövzu planı tərtib edilmiş və semestrin birinci dərsində tələbələrə verilmişdir. Bütün fakültələrin tələbələri üçün mühazirələrin və təcrübi məşğələlərin mövzu planları hazırlanmışdır. Açıq dərslərin planları hər semestr üçün hazırlanmışdır və plan üzrə təyin edilmiş müəllimlər tərəfindən aparılmışdır. Kafedra müdiri və tədris hissə müdiri tərəfindən vaxtaşırı dərslərin gedişi izlənilmişdir.
Bundan əlavə, kafedranın iclaslarında təsdiq olunmuş iş planına uyğun olaraq aşağıdakı məsələlər müzakirə olunmuşdur: dərs yükünün bölünməsi və paylanması, illik planın təsdiqi, bir sıra dissertasiya işlərinin mövzu planlarının təsdiqi, elmi hesabatların dinlənilməsi, testlərin hazırlanma vəziyyəti, elektron jurnalların düzgün doldurulma məsələləri və onun müzakirəsi, yeni metod komissiyanın tərkibinin təsdiqi, elmi məqalələrin müzakirəsi, kaferda jurnallarının doldurulmasına nəzarət məsələsi, yaz semestrinə hazırlıq və qış imtahan sessiyasının nəticələrinin müzakirəsi, yaz semestri üçün dərs yükünün bölüşdürülməsi və təsdiqi, yeni dərslik və dərs vəsaitlərinin müzakirəsi, eləcə də nizam-intizam məsələləri, tədrisin keyfiyyətinin artırılması, yenidən vəzifəyə seçilmə məsələləri və s. vaxtaşırı müzakirə olunmuşdur.
İmtahan sessiyası başlamazdan bir ay əvvəl imtahan testləri yenidən nəzərdən keçirilmiş, mikrobiologiya üzrə mərkəzi tədris metodik problem komissiyasının tərtib etdiyi suallara əsasən yenidən tərtib edilmiş və “Təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsi”- nə verilmişdir. İmtahandan bir ay əvvəl tələbələr həmin testlərə uyğun testlərlə tanış edilmişdir.
Tibbi mikrobiologiya və immunologiya kafedrasında tələbələrin sərbəst işlərinin mövzuları bütün fakultələrin tələbələrinə semestrin əvvəlində verilir, sillabuslarda geyd edilən parametrlər üzrə qiymətləndirilir və tədris hissəsi tərəfindən qoyulan tarixlərdə nəticələr ETS-ə yüklənir.
Hər semestr boyunca kafedrada Test komissiyasının üzvləri (Prof. N. Ağayeva, dosent H.M.Əliyeva, baş müəllim R.Bayramova) tərəfindən qapalı və açıq testlərin hazırlanması gedir. Tələbələrin apelyasiyaya verdikləri testlərin müzakirəsi aparılır.
Kafedrada tədris prosesinin təkminləşdirilməsi və tələbələrin proqramı yaxşı mənimsəmələri üçün Metodik Komissiya tərəfindən hər fakultə üçün ayrı-ayrılıqda hazırlanmış mühazirə və praktiki məşğələ materialları yoxlanılmışdır.
Müəllimlik ustalıqlarını artırmaq üçün gənc müəllimlər (baş laborantlar) təcrübəli müəllimlərin apardığı mühazirələrdə və praktiki məşğələlərdə iştirak etmişlər.
2024-2025-ci tədris ilində kafedra əməkdaşları tərəfindən “Tibbi parazitologiya” adlı dərslik dərc edilmişdir.
Kafedranın fəailiyyəti bir neçə istiqamətdə aparılır:
-Bakalavr pilləsi üzrə
-Tibb bacıları
-Orta tibb təhsili- Feldşerlər
-Rezidentura pilləsi üzrə
-Magistratura pilləsi üzrə
«Tibbi mikrobiologiya və immunologiya» fənninin tədris proqramı.Kafedranın tədris prosesi
Tibbi mikrobiologiya və immunologiya kafedrasının 2024-2025-ci tədris ilində ümumi dərs yükü 13 341 saat təşkil etmişdir. Payız semestrində 6116 saat, yaz semestrində 4726 saat olmuşdur. Əlavə olaraq, 50 saat doktorantlara, 500 saat rezidentlərə, 1949 saat magistrantlara görə verilmişdir.
2024-cü ilin sentyabr ayında yeni tədris ili üçün tədris saatlarının hesablanması alınmış və aşağıdakı kimi olmuşdur:
|
Payız semestri |
Yaz semestri |
Cəmi |
|
|
1.Mühazirələr |
434 |
324 |
758 |
|
2.Təcrübi məşğələ |
5601 |
4338 |
9939 |
|
3.Bakalavr - Məsləhət |
19 |
14 |
33 |
|
4. Bakalavr - İmtahan qabağı məsləhət |
62 |
50 |
112 |
|
5.Doktorantlara rəhbərlik |
- |
50 |
50 |
|
6.Rezidentlərə rəhbərlik |
- |
500 |
500 |
|
7.Magistrant mühazirə |
280 |
190 |
470 |
|
8. Magistrant praktika |
380 |
620 |
1000 |
|
9.Magistrant məsləhət |
11 |
7 |
18 |
|
10. Magistr İmtahan qabağı məsləhət |
11 |
10 |
21 |
|
11. Magistrantlara rəhbərlik |
- |
440 |
440 |
|
Cəmi |
6798 |
6543 |
13341 |
|
PAYIZ SEMESTRİ |
|||
|
Fakültə |
Kurs |
Kredit sayı |
Saat |
|
Müalicə |
II |
4 |
64 |
|
İctimai səhiyyə |
III |
3 |
45 |
|
İctimai səhiyyə Tibb bacısı |
II |
3 |
50 |
|
Stomatologiya |
II |
5 |
76 |
|
Əczaçılıq |
II |
5 |
74 |
|
Hərbi tibb |
II |
4 |
64 |
|
YAZ SEMESTRİ |
|||
|
Fakültə |
Kurs |
Kredit sayı |
Saat |
|
Müalicə |
II |
4 |
64 |
|
İctimai səhiyyə |
II |
6 |
90 |
|
İctimai səhiyyə, Tibb bacısı |
II |
2 |
40 |
|
Hərbi tibb |
II |
4 |
64 |
|
Hərbi tibb feldşerlər |
I |
4 |
60 |
Tibbi mikrobiologiya və immunologiya (İctimai Səhiyyə)
İnsan parazitologiyası və mikologiyası ( İctimai Səhiyyə )
Tibbi mikrobiologiya və immunologiya I (Müalicə işi)
Tibbi mikrobiologiya və immunologiya II (Müalicə işi)
Tibbi mikrobiologiya və immunologiya I (Hərbi tibb)
Tibbi mikrobiologiya və immunologiya II (Hərbi tibb)
Tibbi mikrobiologiya və agız boşluğu mikrobiologiyası (Stomatologiya)
Əczaçılıq mikrobiologiyası (Əczaçılıq)
Tibbi mikrobiologiya və immunologiya (Hərbi tibb fakültəsinin kursantları)
Tibbi mikrobiologiya və immunologiya ( Tibb bacısı işi )